Ötən istirahət günləri Azərbaycanın avtomobil yollarında “KamAZ” markalı yük avtomobillərinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Şənbə günü Bakının Qaradağ rayonunda “KamAZ” Gəncə şəhər sakinini ölümcül vurub. Həmin gün Qəbələ rayonunun Çarxana kəndində daha bir “KamAZ” markalı yük avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Yük avtomobili ilə toqquşan “Jiquli”nin sürücüsü həlak olub.
Bazar günü də “KamAZ” markalı yük avtomobillərinin iştirakı ilə iki yol qəzası baş verib. Bakının Xəzər rayonunun Binə qəsəbəsi və Şəmkir rayonunun Zəyəm qəsəbəsində yol qəzaları nəticəsində “Opel” markalı minik avtomobillərinin sürücüləri həlak olublar.
Beləliklə, istirahət günlərində Azərbaycanda “KamAZ” markalı yük maşınlarının iştirakı ilə baş verən dörd yol qəzasında 4 nəfər həlak olub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət