Rusiya Federasiyasının Ulyanovsk vilayəti Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıqda maraqlıdır. Bu barədə bazar ertəsi Ulyanovsk vilayəti hökumətinin sədri, qubernator Sergey Moroz Bakıda Azərbaycan-Rusiya biznes forumunda bəyan edib.
“Şirkətlərimizin Azərbaycana gələrək dəzgahqayırma, maşınqayırma, avtomobil istehsalı ilə məşğul olmalarına böyük marağımız var. Biz, həmçinin Ulyanovsk vilayətində turizmin inkişafı ilə məşğul olacaq tərəfdaşları burada tapmağa çox ümid edirik”, - deyə S.Moroz qeyd edib.
Onun sözlərinə görə, vilayət avtomobil yolları və infrastruktur obyektlərinin tikintisi sahəsində də Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.
“2016-cı ildə Ulyanovsk vilayəti xokkey üzrə dünya çempionatı keçirəcək, 2018-ci ildə vilayət futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Azərbaycanın müxtəlif obyektlərin, nəqliyyat və mühəndislik infrastrukturunun tikintisində hansı təcrübəyə malik olduğunu bilirik.
Biz, həmçinin mənzil tikintisi sahəsində əməkdaşlıq üçün Azərbaycanın tikinti şirkətlərinin gəlməsi imkanlarını müzakirə etdik. Biz 1,5 mln. kvadratmetr mənzil inşa etmək istəyirik”, - deyə S.Moroz bildirib.
O qeyd edib ki, Ulyanovsk vilayəti aqrar və istilik təsərrüfatı sahəsində də Azərbaycanla əməkdaşlığa hazırdır.
“Biz yaxın vaxtlarda Gəncə və Ulyanovsk şəhərləri arasında qardaşlaşma haqqında saziş imzalamağı nəzərdə tuturuq. Bundan başqa, vilayət ilə Azərbaycan arasında birbaşa hava uçuşlarının təşkilinə hazırıq”, - deyə o qeyd edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, öz növbəsində Azərbaycanın da Ulyanovsk vilayəti ilə əlaqələrin inkişafında maraqlı olduğunu və bunun üçün böyük potensialın mövcudluğunu vurğulayıb.
Forum zamanı, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Ulyanovsk vilayətinin “Sahibkarlığın İnkişafı Korporasiyası” ASC arasında Anlaşma Memorandumu imzalanıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət