Rəsmi Tehran Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin yekunlarından razıdır. Bu barədə İranın Bakıdakı səfiri Möhsün Pak Ayin bazar ertəsi mətbuat konfransında bəyan edib.
O qeyd edib ki, səfər çərçivəsində iki xalq və dövləti daha da yaxınlaşdırmağa xidmət edən üç sənəd imzalanıb.
Diplomat vurğulayıb ki, uzunmüddətli durğunluqdan sonra tərəflər İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrlərini təyin ediblər: İran tərəfdən komissiyaya rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov rəhbərlik edir.
Qarabağ probleminə toxunan səfir qeyd edib ki, İ.Əliyevin Tehrana səfəri çərçivəsində İran tərəfi bu münaqişəyə dair mövqeyini ən yüksək səviyyədə aydın şəkildə bildirib.
“İran mövqeyini aydın şəkildə bildirib. Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı İran prezidenti Həsən Ruhanı bəyan edib ki, onun ölkəsi beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin dəyişdirilməsinə qarşı çıxış edir”, - deyə M.Pak Ayin vurğulayıb.
“Biz ümid edirik ki, ATƏT-in Minsk Qrupu BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qətnamələrinin yerinə yetirilməsinə kömək edir. İran öz tərəfindən beynəlxalq hüquq prinsiplərini dəstəkləyir və münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır”, - deyə səfir əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət