ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar Təhsil Nazirliyinin Amerikadan Azərbaycana könüllülərin yeni qrupunun gətirilməsini istəməməsindən məyus olduğunu bildirib.
“Azərbaycan Təhsil Nazirliyinin Amerikadan Azərbaycana könüllülərin yeni qrupunun gətirilməsini istəməməsi bizi məyus etdi”, - deyə R.Morninqstar bazar ertəsi Gəncədə jurnalistlərə bəyan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüş zamanı ona bildirilib ki, bu addımda məqsəd Amerika Sülh Korpusunun fəaliyyətini məhdudlaşdırmaq deyil.
“Çünki hazırda Azərbaycanda olan Sülh Korpusunun könüllüləri fəaliyyətlərinin sonuna kimi ölkədə qala biləcəklər”, - deyə səfir bildirib.
Onun sözlərinə görə, M.Cabbarov əmin olmaq istəyir ki, Azərbaycana gələn könüllülər lazımi və doğru ünvanlara yönəldiləcək.
“Mən inanıram ki, Təhsil Nazirliyi öz qaydalarını nəzərdən keçirdikdən sonra biz yeni razılaşma əldə edə biləcəyik. Bu da yeni könüllülər qrupunun Azərbaycana gəlməsinə imkan verəcək. Hər şeyi zaman göstərəcək”, - deyə R.Morninqstar vurğulayıb.
ABŞ-ın dövlət katibi Con Kerrinin Azərbaycana gözlənilən səfəri barədə suala cavabında səfir bildirib ki, hələlik dəqiq tarix məlum deyil.
“Dövlət Departamentinin sözçüsü və dövlət katibinin özünə istinadən qeyd edə bilərəm ki, Con Kerri Azərbaycana səfərini səbirsizliklə gözləyir. Lakin hələlik səfərin tarixi və qrafiki müəyyən olunmayıb”, - deyə R.Morninqstar bildirib.
Səfir, həmçinin qeyd edib ki, çərşənbə axşamı Gəncədə məcburi köçkünlər üçün təməli qoyulan şəhərciyə baş çəkməyi planlaşdırır.
“Bu, mənim Gəncəyə dördüncü və ya beşinci səfərimdir. Səfər çərçivəsində bəzi QHT-lə görüş keçirəcəyəm və sabah burada məcburi köçkünlər üçün təməli qoyulan şəhərciklə tanış olacağam”, - deyə R.Morninqstar bəyan edib.
Amerikalı diplomat şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalovla görüşünün səmərəli keçdiyini deyib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət