Bakıda narkotik maddə istifadə etməkdə və satmaqda şübhəli bilinən İran vətəndaşı saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentıliyinə çərşənbə günü Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Daxil olmuş məlumat əsasında vətəndaş Şiri Məcidi Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən “İnşaatçılar” metrostansyası yaxınlığında saxlanılıb. Onun çantasından 1 kq tiryək tapılıb.
İstintaq zamanı məlum olub ki, Məcidi Bakıya yük gəmisində gəlib və elə bu gəmidə də narkotik vasitə gizlədib.
Gəmiyə baxış zamanı 300 qram marixuana və 1 qramdan az miqdarda psixatrop maddə olan metadon aşkarlanıb.
Ş.Məcidi dindirilərkən etiraf edib ki, alıcı tapsaydı, əlində olan narkotik vasitəni 2-3 min manata satacaqdı.
RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz yolla əldə edilməsi, saxlanması və ya satışı) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət