2014-cü ilin I rübündə Azərbaycanda rabitə və poçt müəssisələrinin gəlirləri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 13,3% - 381 mln. manatadək artıb. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov cümə axşamı nazirliyin kollegiya iclasında məlumat verib.
“Hesabat dövründə İKT sektorunun artımı 13,1%, İT sektorunun 23,6%, poçt sektorunun 6%, informasiya sektorunun isə 23,8% təşkil edib”, - deyə Ə.Abbasov bildirib.
Nazirin sözlərinə görə, rabitə, informasiya və poçt sahəsində bütün gəlirlərin 78,3%-i qeyri-dövlət müəssisələrinin payına düşüb.
Nazirliyin məlumatına görə, ÜDM strukturunda rabitə sektrounun xüsusi çəkisi 1,9% təşkil edib.
2014-cü ilin I rübündə Azərbaycanda informasiya, rabitə və poçt sektorunun inkişafına ümumi investisiyalar 29,5 mln. manat və ya iqtisadiyyata bütün investisiya qoyuşlarının 0,9%-ni təşkil edib. Bununla yanaşı, birinci rüb ərzində nazirliyin strukturuna daxil olan dövlət müəssisələrinin investisiyaları 13 mln. manat təşkil edib.
Cari ilin yanvar-mart aylarında respublikada 6 yeni ATS istifadəyə verilib, 16 ATS-in genişləndirilməsi üzrə işlər aparılıb. Nəticədə respublikanın telefon şəbəkəsi üzrə montaj tutumu 1 mln. 809,489 min nömrə təşkil edib. Telefon aparatlarının ümumi sayı 1 mln. 478,25 minə qədər artıb, birinci rübdə 241,3 km uzunluğunda fiber-optik kabel çəkilib.
Nazirliyin məlumatına görə, respublikada hər 100 nəfərə 18,65 telefon aparatı düşür. Bakıda bu göstərici 37,7, digər rayonlarda 11,61, kənd yerlərində 7,21 telefon aparatına bərabərdir.
Azərbaycanda hər 100 ailəyə 69,1 telefon aparatı düşür. Bakıda bu göstərici 136,76, ölkənin digər rayonlarında 48,1, kənd yerlərində 32,8 telefon aparatına bərabərdir.
Ölkədə hər 100 nəfərə 110 mobil rabitə istifadəçisi düşür.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar»ın əsas tərəfdaşlığı ilə «Balloon Festival» keçirildi
Bakcell-in dəstəyi ilə «Google AI Hackathon» baş tutub
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət