Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili aprelin 27-də Bakıya gələcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Gürcüstanın keçmiş prezidentinin səfərinin məqsədi aprelin 28-29-da Bakıda keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməkdir.
M.Saakaşvilinin forum çərçivəsində “Davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac” mövzusunun müzakirə ediləcəyi sessiyada çıxışı nəzərdə tutulub.
Xatırladaq ki, M.Saakaşvili 2013-cü ilin mayında Bakıda keçirilmiş I Cənubi Qafqaz Forumunda da iştirak edib. O zaman gürcü siyasətçi Gürcüstan prezidenti kimi foruma qatılmışdı.
II Qlobal Müştərək Cəmiyyətlər Forumu I Cənubi Qafqaz Forumunun davamıdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə II Qlobal Müştərək Cəmiyyətlər Forumunda 54 ölkədən 150-dən çox ictimai, siyasi xadimin, ekspert və elm adamının iştirakı gözlənilir.
2015-ci ildən sonrakı dövrdə dünyanın davamlı inkişafı proqramına həsr olunan foruma 45 ölkənin sabiq dövlət və hökumət başçıları dəvət olunub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət