Bazar ertəsi Azərbaycanın baş naziri Artur Rasizadə ilə Kambocanın baş naziri Hun Sen arasında danışıqlar çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə Azərbaycan hökumətinin mətbuat xidmətindən məlumat verilir.
Memorandumu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Kambocanın baş nazirinin müavini, Nazirlər Şurası ofisinin məsul naziri Sok An imzalayıblar.
Görüşdə A.Rasizadə Azərbaycanın iqtisadi inkişafı, regionda baş verən proseslər haqqında kambocalı həmkarını məlumatlandırıb.
A.Rasizadə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqların uzun müddət davam etməsinə baxmayaraq, hələ ki, heç bir nəticənin əldə olunmadığını qeyd edib.
“Bu da münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olduğunu nümayiş etdirir”, - deyə baş nazir vurğulayıb.
Azərbaycan və Kambocanın aparıcı partiyaları olan Yeni Azərbaycan Partiyası və Kamboca Xalqları Partiyası arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən A.Rasizadə iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
“Bunun üçün ikitərəfli komissiyalar yaradılmalıdır ki, iqtisadi sahədə əlaqələri inkişaf etdirək, qarşılıqlı maraq doğuran layihələri reallaşdıraq”, - deyə baş nazir qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət