Yaxın gələcəkdə Kamboca Azərbaycanda səfirliyinin açılmasını planlaşdırır. Azərbaycan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Kambocanın baş naziri Hun Sen baş nazir Artur Rasizadə ilə görüşü zamanı bəyan edib.
H.Sen Pnompenin Bakı ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair danışıqlara toxunan baş nazir Kambocanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.
“Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə mövqeyimiz dəyişməzdir. Biz ərazi bütövlüyünün pozulması hallarını dəstəkləmirik”, - deyə H.Sen vurğulayıb.
O, kambocalı tələbələrin ADA Universitetində təhsil aldıqlarını bildirib və gələcəkdə ölkəsinin neft hasil edəcəyini nəzərə alaraq bu sahədə mütəxəssis hazırlığı üçün Azərbaycanın dəstəyinə ümid etdiklərini vurğulayıb.
Baş nazir Azərbaycanı Kambocanın kənd təsərrüfatına sərmayə yatırmağa dəvət edib.
“Biz Azərbaycanı Kambocanın düyü istehsalı və emalı sahəsinə sərmayə yatırmağa dəvət edirik. Biz birlikdə düyü istehsal edərək dünya bazarlarına çıxara bilərik. Kambocada daxili tələbat üçün düyü istehsalının həcmi kifayət qədərdir. Lakin maliyyə resursları az olduğundan biz istehsal etdiyimiz düyünü dünya bazarlarına çıxara bilmirik”, - deyə H.Sen qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət