2014-cü il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda işləyən 17,475 min əcnəbi vətəndaş Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta ayırmaları həyata keçirir ki, bu da ilin əvvəlinə olan göstəricidən 2,2% çoxdur. Bu barədə DSMF-in məlumatında deyilir.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,7%-ni kişilər, 10,3%-ni isə qadınlar təşkil edir.
I rübdə Azərbaycanda çalışan 377 əcnəbi vətəndaş DSMF-də qeydiyyata alınıb.
Bununla yanaşı, hazırda 101 ölkədən olan əcnəbi vətəndaş DSMF-də qeydiyyata alınıb. Bu şəxslər üçün fərdi sosial sığorta hesabları açılıb və onların icbari sosial sığorta üzrə həyata keçirdiyi ayırmalar bu hesablara yığılır.
Əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (10 063 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1 912 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 919 nəfərə çatıb.
Sonrakı yerlərdə İran İslam Respublikası (570), Hindistan (432), Çin Xalq Respublikası (417), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (257), Özbəkistan (202) Banqladeş Xalq Respublikası (190) Pakistan İslam Respublikası (158), Ukrayna (157), Almaniya Federativ Respublikası (152), Filippin Rspublikası (135), Bosniya və Herseqovina (131), Qazaxıstan Respublikası (123), Türkmənistan Respublikası (121), İtaliya Respublikası (118), ABŞ (111) və s. ölkələr qərarlaşıb.
2006-cı ildə DSMF respublikada işləyən əcnəbi vətəndaşların icbari sosial sığorta ayırmaları üzrə ödənişlərə cəlb olunması prosesinə başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət