Madrid Bakı ilə enerji sahəsində əməkdaşlığa maraq göstərir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Bakıda İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo ilə birgə mətbuat kofransında bildirib.
“İspaniya şirkətləri Azərbaycanın boru kəmərlərinə maraq göstərir. Bu kontekstdə onlar Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlıq qurmaq niyyətindədirlər”, - deyə E.Məmmədyarov bildirib və əlavə edib ki, İspaniya həm də regionda reallaşdırılan Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə maraq göstərib.
Nazirlər görüşün yekunları üzrə bir sıra razılıq əldə etdiklərini bəyan ediblər.
“Bu, tarixi görüşdür. Biz ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək niyyətindəyik. Bunun üçün yaxşı imkanlar var”, - deyə E.Məmmədyarov bildirib.
Onun sözlərinə görə, İspaniya nazirinin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlıq üçün böyük imkanlar açacaq.
Öz növbəsində ispaniyalı qonaq Azərbaycanda İspaniyanın diplomatik missiyasının açılmasına dair razılığın əldə olunduğu barədə məlumat verib.
“Biz yalnız ikitərəfli əməkdaşlıq qurmaq niyyətində deyilik, həmçinin digər ölklərlə əməkdaşlıq qurmaq məqsədilə Azərbaycanın regionda lider rolundan istifadə etmək istəyirik”, -deyə J.M.Qarsiya-Marqallo vurğulayıb.
O qeyd edib ki, Bakı və Madrid Azərbaycan prezidentinin İspaniyaya səfəri zamanı imzalanacaq siyasi məsələlərə dair memorandum hazırlayıb. Bununla belə diplomat dövlət başçısının səfərinin tarixini dəqiqləşdirməyib.
J.M.Qarsiya-Marqallonun sözlərinə görə, tərəflər, həmçinin iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılmasına dair razılıq əldə ediblər.
“Biz ikiqat vergitutmanın aradan qaldırılması məsələsində də əməkdaşlıq etmək barədə razılığa gəldik. Bundan başqa, əməkdaşlığı yalnız ikitərəfli qaydada inkişaf etdirmək deyil, həm də bir-birimizin təcrübəsindən yararlanaraq üçüncü ölkələrdə birgə fəaliyyət göstərmək niyyətindəyik”, - deyə o vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət