İqtisadiyyat və Sənaye Nazirliyi “Müflisləşmə və iflas haqqında” qanuna düzəlişlər layihəsini hazırlayıb.
Layihənin mətni İcazələrin elektron informasiya portalında dərc edilib.
Qanunun 13-cü maddəsinə düzəlişlərə əsasən, müəssisə məhkəmə tərəfindən müflis olunmuş elan edildikdən sonra kreditorların iclasının keçirilmə vaxtı 1 aydan 15-günə qədər azaldılır. İflas haqqında iş üzrə məhkəmə baxışı təyin edildikdə bu barədə kreditorlara xəbər verilməsi üçün ərizəçi məhkəmə baxışının tarixinə ən geci 7 gün qalanadək (hazırda 14 gündür) həmin məhkəmə baxışı haqqında Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövri mətbuat orqanında iki dəfə elan dərc etdirməlidir.
25-ci maddəyə düzəlişlərə əsasən, borclunun aktivlərinin açıq hərrac yolu ilə satışı qanunvericiliklə müəyyənləşdirilmiş qaydada, lakin 30 gündən gec olmayaraq həyata keçirilməlidir. Aktivlərin alıcısı 7 gün ərzində (hazırda 14 gün) onlar üzrə tam haqq-hesab aparmalıdır.
46-cı maddəyə düzəlişlərə əsasən, borclunun əmlakını idarə edən şəxs kreditorlardan tələblərin qəbul edilməsi üçün tələb olunan 60 gün başa çatdıqdan sonra 7 gün ərzində tələblərin reyestrini tərtib etməli (hazırda 28 gün), 3 gün ərzində bu reyestri məhkəmənin təsdiqinə verməlidir (hazırda 7 gün).
İqtisadiyyat və Sənaye Nazirliyi qanuna düzəlişlər layihəsinə dair təklifləri mayın 23-nə qədər qəbul edəcək.
Azərbaycanda “Müflisləşmə və iflas haqqında” qanun 1997-ci ildən qüvvədədir. Lakin hazırda bir çox beynəlxalq təşkilatlar Azərbaycan hökumətinə qanunun maddələrinə yenidən baxmağı tövsiyə edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət