İstehsalatda hər il 250-yə qədər bədbəxt hadisə baş verir, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 80 nəfərə yaxın olur. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar keçirilən konfransda bildirib.
Bu məsələ ilə bağlı jurnalistlərə şərh verən nazir qeyd edib ki, bədbəxt hadisələrin çoxu tikinti sektorunda baş verir. Bədbəxt hadisələr nəticəsində ölən və yaralananların əksəriyyəti muzdlu işçilərdir.
“Bu faktlarla bağlı aparılan 155 yoxlama nəticəsində məlum olub ki, 150 hadisə zamanı xəsarət alan şəxslər muzdla işə götürülənlər olub. İstehsalatda həlak olmuş 71 nəfərdən 70-i, yaralanan 120 nəfərdən 119-u muzdlu işçilərdir”,- deyə S.Müslümov qeyd edib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, işəgötürənlər və sahibkarlar əmək qanunvericiliyinin normalarını pozurlar.
Nazir vurğulayıb ki, gələcəkdə əmək qanunvericiliyini pozan şəxslərə qarşı sanksiyalar sərtləşdiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət