“İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin Bolqarıstanın Azərbaycandakı səfiri xanım Maya Xristova ilə müsahibəsi
- Xanım Xristova, Azərbaycan-Bolqarıstan münasibətlərinin vəziyyətini necə qiymətləndirirsiniz və ölkələr arasında əməkdaşlıq perspektivlərini necə görürsünüz?
- İlk öncə, qeyd etmək istərdim ki, Azərbaycan və Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Bizim heç vaxt heç bir fikir ayrılığımız olmayıb. Əksinə, aralarında hörmət hissi olan dövlətlərimiz daima münasibətlərin möhkəmlənməsinə çalışır.
Digər tərəfdən, Bakı və Sofiya arasında ticari-iqtisadi münasibətləri qeyd etmək istəyirəm. İki ölkənin daha çox inkişaf etdirə biləcəkləri istiqamətlər mövcuddur. Misal üçün, turizm, kənd təsərrüfatı, nəqliyyat və s. sahələrdə.
Bolqarıstan Azərbaycanı energetika sahəsində çox mühüm strateji tərəfdaş kimi qiymətləndirir, çünki biz enerji cəhətdən Rusiyadan asılı ölkəyik. Bu səbəbdən, Azərbaycan bizim üçün təbii qaz mənbələrinin diversifikasiyası üçün əsas imkanlardan biridir.
Bundan başqa, yuxarıda qeyd etdiyim sahələrdən başqa, biz mədəniyət və təhsil, o cümlədən, tələbələr mübadiləsi sahəsində əməkdaşlığa xüsusi diqqət yetiririk.
- Tərəflərin gələcək əməkdaşlıq qurmaq üçün üstün tutduqları hansı layihələr hazırda iki ölkə arasında müzakirə olunur?
- Bolqarıstan və Azərbaycan arasında əldə olunan mühüm razılıqlardan biri illik 1 mlrd. kubmetr qaz alışıdır.
Bundan başqa, biz turizm layihələri üzərində çalışırıq. Həm Azərbaycan turistlərinin Bolqarıstana, həm də Bolqarıstan turistlərinin Azərbaycana cəlb olunması üçün yaxşı imkankarımız mövcuddur.
Biz, həmçinin informasiya texnologiyaları sahəsində əməkdaşlığa diqqət ayırırıq. Bilirəm ki, Azərbaycanda bu sahədə dinamik inkişaf var. Bununla əlaqədar biz ixtiralar üzrə təcrübə mübadiləsi həyata keçirə bilərdik.
Bakı və Sofiya arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu əczaçılıq, kimya sənayesi və bir bir çox digər sahələr mövcuddur.
- Siz qeyd etdiniz ki, ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etməsində maraqlısınız... İqtisadiyyatın hansı sahələri hesabına ticarət dövriyyəsinin artmasına nail olmaq niyyətindəsiniz?
- Ölkələrimiz arasında ticari-iqtisadi münasibətləri daha intensiv inkişaf etdirmək mümkündür. Bunun üçün bizim böyük potensialımız var. Ticarət dövriyyəsi göstəricilərini şübhəsiz artırmaq lazımdır. Hesab edirəm ki, yalnız Bolqarıstan deyil, həm də Azərbaycan tərəfi bu fikirdədir. Məsələ bundadır ki, illər öncə biz Azərbaycanda yaxşı bazara malik olmuşuq. Lakin, əfsuslar olsun ki, zaman ötdükcə ölkələr arasında ticarət dövriyyəsi azalıb. Bu gün isə biz onu artırmaq niyyətindəyik.
Maraq göstərdiyimiz əməkdaşlıq istiqamətlərindən biri konservləşdirimiş ərzaqlardır. Bu sahədə Bolqarıstan şirkətləri Avropada birmənali liderdir.
- Əvvəl qeyd etdiyiniz kimi, bu gün enerji cəhətdən Rusiyadan asılı vəziyyətdə olan Bolqarıstan Azərbaycandan qaz idxalına başlamağa hazırlaşır. Bu əməkdaşlıq necə həyata keçiriləcək?
- Enerji sahəsi hər bir dövlət, o cümlədən bizim üçün də strateji sektordur. Qeyd etdiyim kimi, Biz Rusiya qazından asılı vəziyətdəyik və Azərbaycan bu məsələdə bizim strateji tərəfdaşımızdır. Ölkələrimiz arasında bu problemə dair anlayış var. Təbii ki, Azərbaycandan qaz almaq üçün müvafiq infrastruktura malik olmaq lazımdır. Yəni, bunun üçün qaz kəməri inşa etmək lazımdır, bu isə, əlbəttə ki, yalnız Azərbaycan və Bolqarıstan tərəfindən asılı deyil. Coğrafi mənada bizim aramızda digər ölkələr də yerləşir və qazın diversifikasiyası Azərbaycan qazı əldə edə biləcəyimiz Bolqarıstan və Yunanıstan arasında tikiləcək interkonnektordan asılıdır. TANAP (Trans-Anadolu qaz kəməri) və TAP (Trans-Adriatik qaz kəməri) layihələrini də qeyd etmək lazımdır. Bu boru kəmərlərin tikintisindən əvvəl də Azərbaycan qazını əldə etmək texniki cəhətdən çətindir. Deyə bilərəm ki, tərəflər bu layihələrin reallşadırılması üçün intensiv danışıqlar aparır.
- Xanım Xristova, Siz Bolqarıstanın turizm sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirdiniz. Bu barədə daha ətraflı məlumat verərdiniz?
- Ölkələrimiz arasında turizm sahəsində münasibətlər artan xəttlə inkişaf edir. Bolqarıstana bütün dünyadan turistlər axın edir. Ənənəvi olaraq həmin turistlər İngiltərə, Almanaya və Rusiyadandır. O cümlədən, azərbaycanlılar Bolqarıstan kurortlarına səyahət edirlər. Lakin biz bununla kifayətlənməyəcəyik. Azərbaycandan Bolqarıstana daha çox sayda turistlərin cəlb olunması üçün çalışırıq.
Turoperatorlarımızın hər il beynəlxalq turizm sərgilərində iştirak etdiklərini qeyd etmək yerinə düşərdi. Bolqarıstanda turizm yalnız dəniz ilə məhdudlaşmır. Bizim əla, o cümlədən dağ-xizək və SPA kurortlarımız var. Həmçinin, Bolqarıstan əla təbiəti və iqlim şəraiti olan ölkədir. Bizdə turizm yüksək səviyyədə inkişaf edir. Son 10-15 il ərzində bu sahədə çox rəqabətədavamlı olmuşuq.
- Daha perspektivli investisiya layihələri barədə nə deyə bilərsiniz?
- Azərbaycanda infrastrukturun inkişaf nəticələri göz qabağındadır. Bunu görməmək mümkün deyil. Düşünürəm ki, Azərbaycana səfər edən hər kəs dərin təsir altında olacaq. Bizim üçün də infrastruktur sahəsi vacibdir.
Bizim üçün kapital qoyuluşu üçün prioritet sahələr energetika, daşınmaz əmlak, infrastruktur və kimya sənayesidir. Bu çox mühüm olan dörd istiqamətdir. Azərbaycan şirkətləri bu sahələrə investisya yatıra bilər. Qeyd etmək istərdim ki, daşınmaz əmlak sahəsində fəaliyyət yalnız turizm sektoruna yatırımlarla deyil, həm də Bolqarıstanda inkişaf edən yaşayış kompleksləri, biznes şəhərciklərinin tikintisi ilə də əlaqədar ola bilər. Azərbaycan bu sahədə yaxşı təcrübəyə malikdir. Bu şübhəsizdir, çünki Azərbaycanda aparıcı tikinti və memarlıq şirkətləri ilə çalışırlar. Düşünürəm ki, Azərbaycanın Bolqarıstan layihələrində iştirakı əla yatırım olacaq.
Bolqarıstan isə kənd təsərrüfatı və turizm idarəçiliyi sahələrində təcrübəsi ilə faydalı ola bilər.
- Mədəniyyət sahəsində münasibətlər necə inkişaf edir?
- Bu il Bolqarıstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu tədbir cəmiyyətimizə Azərbaycanın mədəniyyəti, incəsənəti və tarixi, xalqı barədə daha çox məlumat əldə etməyə imkan yaradacaq. Hazırda bu tədbirin keçirilməsinə hazırlıq işləri aparılır. Tədbir cari ilin payızına, təxminən sentyabrın sonu – oktyabrın əvvəlinə planlaşdırılır, dəqiq tarixin razılaşdırılmasına dair iş aparılır.
- Azərbaycan və Bolqarıstan arasında viza rejiminin sadələşdirilməsi, həmçinin birbaşa hava uçuşlarının açılması gözlənilirmi?
- Bu məsələ üzərində işləyirik və ümid edirik ki, gələn il nəticələr əldə edə biləcəyik.
- Yaxın zamanlarda Azərbaycandan Bolqarıstana və Bolqarıstandan Azərbaycana rəsmi və vəzifəli şəxslərin səfəri gözlənilirmi?
- Bütövlükdə, xüsusi olaraq qeyd edim ki, rəsmi şəxslərin qarşılıqlı səfərləri intensiv şəkildə həyata keçirilir. Misal üçün, son 5-6 ay ərzində Bolqarıstanın baş naziri Plamen Oreşarski iki dəfə ölkənizdə səfərdə olub: 2013-cü ilin dekabr və 2014-cü ilin fevral aylarında. Bundan başqa, fevralda baş nazir ilə birgə energetika naziri Draqomir Stoyner Bakıya səfər edib. İki həftə öncə Azərbaycanın energetika və sənaye naziri Natiq Əliyev Bolqarıstanda səfərdə olub.
Keçiriləcək səfərlərə gəlincə isə, biz Azərbaycanın Milli Mıclisinin sədri Oqtay Əsədovu Bolqarıstana səfərə dəvət etmişik və bunu gözləyirik. Bundan başqa, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədova Bolqarıstana səfər etmək üçün dəvət təqdim olunub. Hazırda bu səfərlərin tarixlərinin razılaşdırılması aparılır. Lakin, deyə bilərəm ki, səfərlər cari ilin sonuna kimi baş tutacaq.
Bundan başqa, Bakıda Ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan
Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. İclasın təxminən iyul ayında keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Bolqarıstanın eks-prezidentləri, keçmiş hökumət rəhbərləri Azərbaycana səfər edəcəklər. Onların arasında eks-prezidentlər Jelyu Jelev (1990-1997-ci illər) və Pyotr Stoyanov (1997-2002-ci illər), eks-baş nazir Filip Dimitrov (1991-1992-ci illər) var. Bolqarıstanın nümayəndələri II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcəklər.
- Şəxsi təcrübənizdən irəli gələrək, ölkəniz Azərbaycana Avropaya inteqrasiya məsələsində nə yardım göstərə bilər?
- Bu istiqamətdə biz artıq işləyirik – bu beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdır. Bolqarıstan hər zaman Azərbaycanı, təşəbbüslərini, namizədliyini dəstəkləyir. Bu cür əməkdaşlıq qarşılıqlıdır. Biz Azərbaycanı yaxşı anlyırıq və Avropa İttifaqı sıralarına daxil olmağa dair təcrübə mübadiləsinə daima hazırıq.
- Siz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını necə görürsünüz, ümumilikdə rəsmi Sofiyanın bu problemə dair mövqeyi nədən ibarətdir?
- Bolqarıstan – bütün ölkə və xalqların sülh və dinc şəraitdə yaşamasının tərəfdarı olan ölkədir. Biz hərbi əməliyyatları alqışlamırıq. Qarabağ probleminə gəlincə isə, ümid edirik ki, ATƏT-in Minsk Qrupu uzun müddət ərzində davam edən bu münaqişənin məhz sülh yolu ilə nizamlanmasına yardım edə biləcək. O cümlədən, ümid edirik ki, ATƏT-in Minsk Qrupu daha fəal çalışacaq və hər hansı hərbi əməliyyatların qarşısını almaq üçün maksimum səy göstərəcək. Yəni, hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ən qəbul edilən variantdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət