“İnterfaks-Azərbaycan” agentliyinin politoloq Fikrət Sadıxovla müsahibəsi
-Ötən həftə Praqada Avropa Birliyinin (AB) “Şərq tərəfdaşlığı” proqramının fəaliyyətə başlamasının 5 illiyinə həsr olunmuş növbəti sammit keçirilib. Sammitin yekunlarını necə qiymətləndirirsiniz?
- Ondan başlayaq ki, “Şərq tərəfdaşlığı” proqramı heç bir zaman sırf siyasi təşkilat olmayıb. Burda həmişə humanitar və iqtisadi xarakterli məsələlər, bir sıra layihələrin reallaşdırılması ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Bu proqramın kiməsə qarşı durması və ya kiməsə qarşı çıxış etməsini söyləmək düzgün olmazdı.
Məlum olduğu kimi, bu proqram çərçivəsində Azərbaycan və AB ölkələri arasında viza rejiminin sadələşdirilməsi nəzərdə tutulur. Ayrı-ayrı peşə kateqoriyaları üçün vizaların müəyyən dərəcədə asanlaşdırılması prosedurları mövcuddur. Bu da bizə yaxşı məlumdur. Və nəticə olaraq bizim bu proqrama üzvlüyümüz, atdığımız addımlar və iştirakımız Avropa siyasətimizdə irəli sürdüyümüz prioritetlərlə bağlıdır.
Biz heç bir zaman Avropa istiqamətindən imtina etməmişik. Bu, bizim bütövlükdə Avropa ilə əməkdaşlığımızın əsas hissələrindən biridir. Çünki biz artıq çoxdan Avropaya inteqrasiya edirik. Yeri gəlmişkən, Avropa da bizə, yəni Azərbaycana maraq göstərir. Çünki biz Avropanın enerji təhlükəsizliyini təmin edirik. Əlbəttə, bunu orada da yaxşı başa düşürlər. Azərbaycan prezidentinin Praqaya səfəri prosesində bu barədə dəfələrlə danışılıb. Bu, bizi Avropa qitəsi ilə birləşdirən çox vacib amildir.
-Necə düşünürsünüz, AB “Şərq tərəfdaşlığı” proqramının həyata keçirilməsi ilə bağlı qarşıya qoyduğu bütün məqsədlərə nail oldumu?.Bu proqram özünü nə dərəcədə doğrultdu?
-Burada məsələ bundadır ki, “Şərq tərəfdaşlığı” proqramının yaranması təbii prosesdir. AB-nin bu layihəsi, ilk növbədə üzv dövlətləri özünə yaxınlaşdırmağa, öz qurumlarına və layihələrinə daha dərin və geniş inteqrasiya etməyə və əlbəttə ki, açıq danışacağıq, bu ölkələri Rusiyanın təsiri və istiqamətindən ayırmağa yönəlib.
Düşünmürəm ki, bu, avropalıların istədiyi kimi alındı, çünki əgər Belarusu götürsək, məncə, onunla məsələ aydındır. Ermənistana gəlincə, İrəvan özünün Rusiyayönümlü istiqamətini heç vaxt dəyişməyəcək, Kremlin daimi müttəfiqi və forpostu olaraq qalacaq
Azərbaycana gəlincə, hesab edirəm ki, əgər Bakını Rusiyanın təsirindən tamamilə qoparmaq kimi birmənalı şəkildə tapşırıq və məqsəd qarşıya qoyulmuşdusa, əslində biz heç bir zaman kiminsə təsiri altına düşməyə can atmamışıq. Lakin prinsip etibarı ilə bizim hərtərəfli və balanslaşdırılmış siyasətimiz həm Avropa ilə müxtəlif layihələrdə, o cümlədən “Şərq tərəfdaşlığı” proqramında, həm də Rusiya ilə imtina etmədiyimiz və heç bir zaman da etməyəcəyimiz təmas və tərəfdaşlığımızın inkişafına imkan verib.
Buna görə də əgər o kardinal vəzifə barədə danışsaq, əgər Avropa hipotetik olaraq qarşısına belə vəzifə qoymuşdusa, ona tamamilə nail olub və bu istiqamətdə problemlərini həll edib demək, zənnimcə, tamamillə əsassız olardı.
- Moldova, Gürcüstan və Ukrayna barədə danışmadınız.
- Düzdür. Ukrayna, Moldova və Gürcüstan, əlbəttə, “Şərq tərəfdaşlığı” proqramından asılı olmadan da Avropaya inteqrasiya etməyə can atırlar. Tbilisi hər zaman Avropaya yaxın olmağı qarşısına məqsəd qoyub. Moldova ümumiyyətlə bu gün Rusiya istiqamətindən imtina edir. Lakin bu, Kişniyovda haklimiyyətə gələn siyasi qüvvələrlə əlaqədardır. Bundan sonra necə olacaq, perspektivdə nələr baş verəcək, məlum deyil.
Ukrayna isə düzünü desəm, uçurumun kənarındadır, onun düşdüyü bu vəziyyət çətin ki, hətta Avropanı sevindirsin, çünki ölkədə praktiki olaraq vətəndaş müharibəsinin əlamətləri nəzərə çarpır. Ukrayana şərq və qərbə parçalanır. Təbii ki, qərb hissə Avropa Birliyi və onun digər strukturlarının təsiri altına düşəcək. Ölkənin şərqi heç bir vaxt buna getməyəcək, çünki orada Rusiyayönümlü qüvvələr var və hər zaman güclü olub. Lakin mən bunu yalnız “Şərq tərəfdaşlığı” siyasəti ilə izah etməzdim. Çünki bu, “Şərq tərəfdaşlığı”nın xidməti deyil, bu gün bu ölkələrdə hakimiyyətə gəlmiş siyasi qüvvələrin və prioritetlərin xidmətidir.
- AB və Ukrayna arasında assosiativ sazişin imzalanması cəhdinə Moskvanın reaksiyası “Şərq tərəfdaşlığı” proqramının gələcək kursuna təsir göstərə bilərmi? Bu proqramın müəllifləri proqrama yenidən baxa və ona dəyişikliklər edə bilərlərmi?
-Dünyada ciddi dəyişikliklər, geosiyasi, tektonik hadisələr baş verir. Ümumiyyətlə indi Rusiya və Qərb arasında soyuq müharibənın əlamətləri müşahidə olunur.
Hazırda MDB ölkələrində də cddi hadisələr baş verir.
Mən indi Rumıniya ilə birləşrək vahid dövlət yaratmağa çalışan Moldovanı, şərq və qərbə parçalanan Ukraynanı nəzərdə tuturam. Təbii ki, bu, “Şərq tərəfdaşlığı” proqramının müəlliflərini və bu layihəni təsis edənləri bütün bunların üzərində düşünməyə, perspektiv üçün nəzərdə tutulan addımlara müəyyən düzəlişlər və dəyişikliklər etməyə vadar etməlidir. Bu prosesləri, bu dəyişiklikləri görməmək və düzəlişlər etməmək “köhnəpərəstlik və dünənki günlə yaşamaq deməkdir”. “Şərq tərəfdaşlığı” kimi bir struktur üçün bu yolverilməzdir. Əks halda bu proqramın heç bir perspektivi olmayacaq.
Söhbət etdi: Rasim Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət