İqtisadiyyat və Sənaye Nazirliyi ilkin mərhələdə Bakı şəhərinin Sabunçu rayonunda, Şirvan şəhərində və Siyəzən rayonunda sənaye məhəllələrinin yaradılması imkanlarını nəzərdən keçirir.
Nazirliyin elanına əsasən, sənaye məhəllələri sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti üçün nəzərdə tutulur.
Sənaye məhəllələrində müvafiq infrastrukturun (elektrik enerjisi, qaz, su, kanalizasiya və s.) dövlət vəsaiti hesabına təmin edilməsi, sənaye məhəlləsinin rezidentlərinin güzəştli kreditlərlə təmin edilməsi və onların potensialının artırılması istiqamətində bir sıra tədbirlərin (məsləhət xidmətlərinin göstərilməsi, treninqlərin təşkili və s.) həyata keçirilməsi planlaşdırılır. Layihədən asılı olaraq müraciət edənlərə sənaye məhəlləsi daxilində müəssisənin tikilməsi üçün boş ərazilər və ya istehsal xətlərinin quraşdırılması üçün qapalı sahələr təqdim oluna bilər.
Sənaye məhəllələrində fəaliyyət göstərmək istəyən sahibkarlar həyata keçirmək istədikləri layihə haqqında məlumatları 2014-cü ilin 1 iyun tarixinədək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidirlər.
Nazirlik sənaye məhəllələrinin layihələndirilməsi üçün həmin ərazidə yaradılması təklif olunan istehsal sahələri barədə məlumatları toplamalı, onları istehsal fəaliyyətlərinə görə qruplaşdırmalı və infrastruktura olan tələbi müəyyənləşdirməlidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət