Azərbaycanın bank sistemi üzrə proqnoz sabit qalır. Bu barədə "Moody`s Investors Service" beynəlxalq reytinq agentliyinin "Banking System Outlook: Azerbaijan" məruzəsində qeyd edilir.
Agentlik 2010-cu ilin avqust ayından etibarən Azərbaycanın bank sisteminin sabit olması qənaətindədir.
“Moody`sin qiymətləndirmələrinə görə, yaxın 12-18 ay ərzində Azərbaycanda banklar əlverişli əməliyyat mühiti, aktivlərin sabit keyfiyyəti və kifayət qədər olan kapital ehtiyatından fayda götürməkdə davam edəcəklər.
Agentlik ümid edir ki, Azərbaycanda kreditlərə tələbat möhkəm iqtisadi inkişafla dəstəklənəcək ki, bu da öz növbəsində banklara kreditləşməni və gəlirliliyi saxlamağa kömək edəcək.
Lakin “Moody`s” onu da qeyd edir ki, iqtisadiyyatın kifayət qədər şaxələndirilməməsi, neft hasilatından güclü asılılıq, bankların uzunmüddətli maliyyələşdirməyə məhdud çıxışı və ayrı-ayrı kontragentlərdə yüksək təmərküzləşmə ilə əlaqədar Azərbaycanın bank sisteminin struktur etibarilə zəif tərəfləri qalmaqda davam edir.
Agentliyin əsas ssenarisinə əsasən, 2014-cü ildə Azərbaycanın ÜDM-i 2013-cü ilin yekunları üzrə 5,8%-ə qarşı 5% artacaq. Bununla belə iqtisadi artım qeyri-neft sektorunun yüksək göstəriciləri ilə şərtlənəcək.
“Moody`s” qeyd edir ki, Azərbaycanın əməliyyat mühiti kreditlərə olan tələbatı dəstəkləyir. Bununla yanaşı, agentliyin hesabatında Azərbaycan Mərkəzi Bankının bu yaxınlarda artım templərini saxlamağa kömək edəcək istehlak kreditləşməsi tələblərinin sərtləşdirilməsinə dair qərar qəbul etməsi vurğulanır. “Moody`s”in qiymətləndirmələrinə görə, 2014-cü ildə 3,4%-lik inflyasiya səviyyəsində kreditləşmənin artımı 20%-ə yaxın təşkil edəcək. 2013-cü ildə bank kreditləşməsinin artım templəri 25% olub.
Agentlik gözləyir ki, yaxın 12-18 ay ərzində problemli kreditlərin səviyyəsi 2013-cü ilin sonuna 12%-dən 11%-dək (kreditlərin ümumi sayından) azalacaq.
“Moody`s” Azərbaycanda bir çox bankların maliyyələşdirilməsinin sabitliyi və likvidliyinin saxlanacağını pronozlaşdırır və hesab edir ki, zərurət yarandığı zaman AMB bankların likvidliyinə dəstək ola bilər.
Hazırda Azərbaycanda 44 bank fəaliyyət üçün lisenziyaya malikdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət