Son illər Azərbaycanda elektron bankçılıq sürətlə inkişaf edib. Fərdi kompüterlər, smartfon və digər yeni texnoloji vasitələrlə tranzaksiyaların artım dinamikası müşahidə olunur. Ölkəmizdə bu sahədə “Bank of Baku” pioner olub və hələ də birinci olmaqdadır. Son illər bank bu sahədə bir sıra yeniliklər edib. İnkişaf etmiş yüksək texnologiyalar banka və müştərilərə nə vəd edir? «Bank of Baku»dan daha nə gözləmək olar? Bütün bunlar barədə «Bank of Baku”nun İdarə Heyətinin sədr müavini, İnformasiya Texnologiyaları və Ödəniş Sistemləri Sahəsinin rəhbəri Nahid Zeynalovla söhbət edəcəyik.
- “Bank of Baku” informasiya texnologiyaları və ödəniş sistemləri sahəsində ölkənin aparıcı banklarıdan biri hesab olunur. Sözsüz ki, bunun üçün mürəkkəb texnoloji yenilikləri daim tətbiq etmək lazımdır. Bank sahəsində elektron yeniliklərin və müvafiq infrastrukturun tətbiqi nə dərəcədə çətin prosesdir?
- Bank informatizasiyası hər zaman kifayət qədər yüksək inkişaf səviyyəsi ilə seçilib. Bununla yanaşı, informatizasiyanın inkişafı müxtəlif istiqamətlər üzrə gedir, lakin məqsəd birdir - biznesin effektivliyini artırmaq.
Pərakəndə bankçılıq - emal edilmiş məlumatın böyük həcmi, qəbul edilən qərarların operativliyinə və keyfiyyətinə yüksək tələblər deməkdir. Bu, məhz o informasiya mühitidir ki, burada avtomatlaşdırımanın yüksək səviyyəsi özünü həqiqətən doğruldub. Azərbaycanda pərakəndə kredit bazarı kifayət qədər rəqabətlidir və hər bir oyunçu müştərinin ona üstünlük verməsi üçün ərizələrin baxılması prosesini maksimal dərəcədə sürətləndirməyə çalışır. Bu gün artıq günlərin deyil, saatların, dəqiqələrin, bəzən isə saniyələrin hesabı aparılır. Fikrimcə, “bir pəncərə” konsepsiyası müştəri yönümlülük ideyasını – daha geniş yayılmış “məhsuldan” və ya “prosesdən” yanaşmasını deyil, “müştəridən və onun tələbatlarından” yanaşmasını reallaşdırır. Məhz bu amil pərakəndə bankların fəaliyyəti üçün çox önəmlidir.
Bu gün bank biznesinin inkişafı Azərbaycanın bank sahəsində informasiya texnologiyalarının inkişafı üçün lokomotiv hesab olunur. 5-6 il əvvəl tətbiq edilmiş əlavələr bazarın müasir inkişaf mərhələsində bankın biznes strategiyasını dəstəkləməyə qadir deyil, onlar çeviklik, rahatlıq, məhsuldarlıq və prosesin sabitliyi kimi tələblərə cavab vermirlər. Bu məsələlərin həlli üçün çevik, avtomatlaşdırılmış sistemlər tələb olunur. Bununla yanaşı, bank müştərilərin ərizələri əsasında qərarların qəbulu məntiqini sərbəst şəkildə dəyişmək imkanına malik olmalıdır. Belə sistemlərin miqyası çətin ölçülür. Buna görə də bu gün informasiya sistemlərinin çoxkomponentli inteqrasiya edilən şəbəkəyə yönəlməsi trend halını alıb. Çevik və yüksək texnologiyalı müasir bankın İT landşaftının arxitekturası komponentli və modullu arxitekturaya əsaslanmalıdır ki, bu da şəffaf və etibarlı şəkildə sənaye inteqrasiya həlli bazasında inteqrasiya edilməlidir.
Bu komponentlərin hər biri öz istiqaməti qarşısında duran məsələləri ən yaxşı şəkildə həll etməlidir. Öz aralarında isə onlar inteqrasiya platforması əsasında servislər və/yaxud xarici interfeyslər vasitəsilə əlaqə yaratmalıdırlar.
Hər bir bank daxili vəzifələrindən asılı olaraq öz meyarlarını seçir. Bəzilərinin məqsədi xərcləri azaltmaq, digərlərinin müştəri bazasını, məmnunluğunu və loyallığını artırmaqdır. Fikrimcə, burada uğurun sirri insanların və texnologiyaların uğurlu ahəngindədir.
Sıravi istehlakçı elektron bankçılığa nə dərəcədə meyllidir? Onlar smartfon və kompüterlər vasitəsilə tranzaksiyalara etibar edirlərmi?
-İstənilən yeni texnologiya kimi, elektron bankçılığın da öz üstünlükləri və çatışmazlıqları var.
İnternet bankçılığın və məsafəli xidmətin inkişafı indi kifayət qədər perspektivlidir. Getdikcə daha çox bank müştərilərlə məsafəli əlaqə saxlamağa imkan verən sistemlər tətbiq etməyə başlayır.
Eyni zamanda banklar hələ uzun müddət internet bankçılığı digər məsafəli xidmət növləri - klassik “bank-müştəri” və “telefon-müştəri” kanalları ilə birlikdə təqdim etməkdə davam edəcək, çünki məsafəli bank xidmətlərinin kompleks şəkildə təqdim edilməsi müştərilərin öz hesabları, bank məlumatları və bankla iş imkanlarını xeyli genişləndirir.
Azərbaycanda internet bankçılığın kütləvi inkişafı yolunda ödəmə sistemlərinə və alətlərinə etibarla bağlı problemlər yaranıb.
Əlbəttə, vəziyyət tədricən dəyişir, lakin proses arzu etdiyimizdən daha ləng gedir. Bunun bir çox, o cümlədən iqtisadi səbəbləri var. Ancaq nəzərə alsaq ki, internet şəbəkəsində sosial cəhətdən ən fəal insanlar işləyir və bank sistemindən istifadə edirlər, bu, onların sayının internet bankçılıq sistemlərinin inkişafının ilk mərhələsində kifayət qədər olacağına ümid verir. Hər şeydə vaxt itkisinin azaldılmasına yönəlmiş sosial təkamülün ümumi vektorunu unutmamalıyıq. Bu mənada internet vaxtın səmərəliliyinin artırılmasında əsas və mühüm platformadır.
Hesab edirəm ki, internet bank servisinə marağı artırır, məsafəli xidmətin rahatlığı yaxın gələcəkdə müştərilərin banklara cəlb edilməsi üçün vacib amil olacaq. Bu istiqamətdə dövlətin dəstəyi mövcuddur, normativ sənədlər dəyişir, istifadəçinin elekton identifikasiya sistemləri tətbiq edilir.
- Son illər bank bu sahədə çoxlu yeniliklər həyata keçirib. Sizcə, onlardan ən əsasları hansılardır?
- Bankda texnoloji proseslərin yaxşılaşdırılması ilə yanaşı, biz məsafəli xidmət kanallarının tətbiqi yolu ilə növbələrlə mübarizə aparırıq, axı onlar üçün bu, ilk növbədə banka getmədən bank servislərindən istifadə hesabına vaxta qənaət etmək deməkdir.
İkincisi, bu, maliyyə iqtisadiyyatıdır. Məsafəli xidmət kanallarının istifadəsində vacib üstünlüklərdən biri bu və ya digər bank xidməti üçün komissiyanın az olması və ya ümumiyyətlə olmamasıdır.
Yuxarıda qeyd etdiyim kimi, bank müştərilərimizin rahatlığı üçün çoxlu layihələr həyata keçirir. “Bank of Baku” Azərbaycanda kredit borcunun ödənişini terminallar vasitəsilə qəbul etməyə başlayan ilk bank olub.
Daha sonra Azərbaycanda ilk dəfə olaraq kredit borcunun internet vasitəsi ilə komissiyasız ödənilməsi layihəsi reallaşdırılıb. Bizim müştərilərimiz kreditləri MilliÖn, E-manat terminalları, həmçinin hesab.az internet portalı vasitəsilə də ödəyə bilərlər.
Bu gün müştərilərimiz kredit ödənişlərinin 97%-ni alternativ - məsafəli üsulla həyata keçirirlər.
Bu yaxınlarda müsbət kredit tarixçəli müştərilərimiz üçün SMS kredit layihəsinə, eləcə də müştərilər üçün yeni və rahat internet bankçılığa start verilib.
-İnformasiya texnologiyaları və ödəniş sistemləri sahəsində kibercinayətkarlığın qarşısının alınması hazırda qlobal məsələlərdən biridir. Bank bu istiqamətdə nə kimi iş aparır?
-Təəssüf ki, bu cür fırıldaqla demək olar ki, hər bir bank qarşılaşıb. Belə SMS-bildiriş fırıldaqçılığın fişinq növünə aiddir. Adətən müştərilərin elektron poçt ünvanlarına və ya telefonuna SMS vasitəsi ilə guya bank işçiləri adından kartla bağlı problemlərin olması barədə xəbərdarlıq gəlir, onlar kartın rekvizitlərinin, PİN-kodun, hesabın vəziyyətinin və digər məxfi məlumatların dəqiqləşdirilməsini xahiş edirlər. Fırıldaqçıların əldə etdikləri məlumatlar çox vaxt müştərinin bank kartından vəsaitin oğurlanması üçün istifadə olunur. Bu cür məlumatlar aldıqda heç bir halda onlara cavab vermək lazım deyil. Ən yaxşı üsul banka müraciət edərək bu barədə xəbər verməkdir.
Öz mahiyyətinə görə internet xarici müdaxilə üçün həssas bir sahədir. Zərərli proqram təminatını çox vaxt proqram səhvlərindən istifadə etməklə çox asanlıqla tətbiq etmək olar. Sistemin zəif nöqtələrini aradan qaldırmaq və müdaxilələrin qarşısını almaq üçün intensiv monitorinqlər aparılmalıdır. Mühüm infrastrukturun sahibləri və operatorlar zəif nəzarət sistemlərini müdafiə etməlidirlər.
Banklar qarşısında duran təhlükələri öyrənmək – etibarlı müdafiə konsepsiyasının yaradılması ilə bağlı hədəfə nail olmaq yolunda bir addımdır. Ehtiyat olunası isə bir çox amillər var.
Bu gün bankımızda dələduzluqdan müdafiə və təhlükəsizliyin təmini strategiyası işlənib hazırlanıb. Bank müştərilərin vəsaitlərinin qorunması üçün bütün mümkün texniki nailiyyətlərdən istifadə edir. Bank müxtəlif növ fırıldaqçılıqlar barədə daim məlumatlar yerləşdirir və göndərir. Bu məlumatlarda ehtiyat tədbirləri ilə bağlı tövsiyələr öz əksini tapır.
Bununla yanaşı, fırıldaqçılığın kökünün kəsilməsinə mane olan əsas səbəb əhalinin təhlükəsilzik sahəsində məlumatının az olmasıdır. Fırıldaqçılıq əməliyyatlarının böyük hissəsi istifadəçilərin diqqətsizliyi və hədsiz etibarı, eləcə də kartdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etməmələri nəticəsində baş verir.
- “Bank of Baku” hər zaman novatorluğu ilə seçilib. Bank müştərilərini daha hansı yeniliklər gözləyir?
-Yeniliklər arasında kontaktsız ödəmə texnologiyalı Visa payWave və MasterCard PayPass kartlarının buraxılmasını, internetdə kartla daha təhlükəsiz ödəniş üçün 3D texnologiyasının tətbiqini, internet bankçılıq imkanlarının genişləndirilməsini qeyd etmək olar.
Biz müştərilərimizə xidmətin mobil tərkib hissəsi üzərində fəal iş aparırıq. İstəyirik ki,
müştərilərimiz kreditlərini, rabitə haqqını ödəmək, əmanətlərini artırmaq və ya internetdə alış-veriş etmək üçün banka gəlməyə ehtiyac duymasınlar, bütün bunları sayt, mobil əlavə və ödəniş terminallar vasitəsilə həyata keçirmək mümkündür.
Biz “Bank of Baku”nun əhalinin bütün təbəqələri üçün innovativ və yüksək texnologiyalı bank kimi mövqe tutmasına çalışırıq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət