Dövlət Gömrük Komitəsi (DGK) xarici ticarətin liberallaşdırılmasına dair təkliflər hazırlayıb. Bu barədə DGK-nın sədri Aydın Əliyev çərşənbə günü Xəzər-Avropa Klubunun (CEIBC) iclasında məlumat verib.
O qeyd edib ki, Gömrük Məcəlləsinin tətbiqi ilə əlaqədar 59 sənədin (normativ-hüquqi sənədlər, qanunlar, fərmanlar və Nazirlər Kabinetinin sərəncamları) təsdiqi və tətbiqi nəzərdə tutulur.
“Hazırda 58 normativ-hüquqi sənəd təsdiq olunub və tətbiq edilir. Gömrük bəyannanmələrinə aid son sənədlər üzərində iş başa çatmaq üzrədir. Lakin sahibkarlığın inkişafı və prosedurların sadələşdirilməsi ilə əlaqədar ölkə başçısının son tapşırığı ilə bağlı müxtəlif dövlət orqanlarına təkliflərini hazırlayaraq Prezident Administrasiyası və hökumətə təqdim etmək tapşırılıb. Biz iki sənədə dair təkliflərimizi hazırlayıb hökumətə təqdim etmişik”, - deyə o qeyd edib.
DGK Gömrük Məcəlləsinə sənədlərin təqdim olunması zamanı gömrük orqanları tərəfindən malların rəsmiləşdirilməsi müddətinin 72 saatdan 24 saata qədər azaldılmasına dair dəyişikliklər təklif edir.
“Bundan başqa, biz xarici ticarətin gələcəkdə liberallaşdırılmasına dair ölkə prezidentinin 1997-ci ilin iyun ayında imzaladığı fərmana müəyyən dəyişikliklər edilməsini təklif etmişik”, - deyə o qeyd edib.
A.Əliyev, həmçinin vurğulayıb ki, həmin təkliflər qəbul olunandan sonra gömrük orqanları tərəfindən malların bəyan edilmə qaydaları təsdiq ediləcək və “bu, sahibkarlığın, o cümlədən kənd təsərrüfatının inkişafına mane olan amilləri aradan qaldırmağa imkan verəcək”.
DGK sədri qeyd edib ki, Doing Business və Davos Forumunun hesabatlarına əsasən, Azərbaycan gömrük sisteminin şəffaflıq indeksi üzrə dünyanın 138 ölkəsi arasında 38-ci yer tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət