Azərbaycan Ermənistanı Avropa Şurası formatında danışıqlara cəlb etmək üçün Avropa Şurası Nazirlər Komitəsində öz sədrliyindən istifadə edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva məlumat verib.
“Ümid edirəm ki, biz Ermənistan nümayəndə heyətini AŞ çərçivəsində dialoqa cəlb etmək üçün sədrlik hüququmuzdan istifadə edəcəyik”, - deyə S.Fətəliyeva vurğulayıb.
Onun sözlərinə görə, AŞ Nazirlər Komitəsində sədrlik Qarabağ məsələsinin nizamlanması istiqamətində Azərbaycan üçün daha bir şans, daha bir meydan olacaq.
S.Fətəliyeva deyib ki, Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi çərçivəsində ölkə prezidenti İlham Əliyevin AŞPA-nın bu ilin iyun ayında Strasburqda keçiriləcək yay sessiyasında çıxışı gözlənilir.
“Əminəm ki, dövlət başçısının AŞPA-dakı çıxışı çox samballı və vacib olacaq və mən ümid edirəm ki, onun çıxışı bizim parlamentarilər səviyyəsində müxtəlif təşkilatların parlament assambleyalarında bütün tribunalardan səsləndirdiyimiz bütün əsas mesajları parlamentarilərin diqqətinə çatdıracaq”, - deyə deputat qeyd edib.
S.Fətəliyevanın sözlərinə görə, Azərbaycanın 2014-cü il may ayının 14-dən noyabr ayına qədər AŞ Nazirlər Komitəsində sədrliyi çərçivəsində bir sıra birgə tədbirlərin, dəyirmi masa və konfransların, eləcə də AŞPA-nın komitələrinin və alt komitələrinin iclaslarının keşirilməsi planlaşdırılır.
“Bu, ilk növbədə AŞ ilə bir sıra birgə tədbirlərin keçirilməsi baxımından bizim üçün böyük şansdır”, - deyə deputat bildirib.
O söyləyib ki, may ayında AŞPA prezidenti Enn Brassorun başçılıq etdiyi AŞ rəhbərliyinin Bakıya səfəri gözlənilir.
Deputat, həmçinin deyib ki, Azərbaycanın sədrliyi dövründə Bakıda təşkilatın gender məsələləri üzrə alt komitəsinin iclası keçiriləcək.
“Tədbirlər çox olacaq. Həmişəki kimi, ermənistanlı həmkarlar da tədbirlərdə iştirak etməyə dəvət olunurlar. Biz heç bir zaman bundan qaçmırıq. Bu, “Avronest” Parlament Assambleyası səviyyəsində də olub, o zaman Ermənistan nümayəndələri bu təşkilat çərçivəsində Bakıda keçirilən tədbirdə iştirak etmişdilər”,- deyə S.Fətəliyeva vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət