Prezident İlham Əliyev “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları”nı təsdiq edib.
Qaydaların mətni cümə axşamı rəsmi mətbuatda dərc olunub.
Qaydalara əsasən, növbəti maliyyə ilində tədbirlərin keçirilməsini planlaşdıran büdcə təşkilatları təqvim ilinin 1 iyul tarixinədək müvafiq təkliflərini Maliyyə Nazirliyinə təqdim etməlidir. Bu, növbəti ilin dövlət büdcəsində tədbirlərin keçirilməsi ilə bağlı xərclərin təkrar nəzərdən keçirilməsi məqsədilə edilir.
Bununla yanaşı, təqdim olunan təkliflərə tədbirin adı və məqsədi, tədbirin keçirilməsinin məqsədəuyğunluğunun əsaslandırılması, tədbirin təşkilatçıları, tədbirdə iştirakı nəzərdə tutulan şəxslərin (xarici iştirakçılar göstərilməklə) sayı, tədbirin keçiriləcəyi yer, ehtimal olunan tarixi,
Azərbaycan Respublikası tərəfindən tədbirdə iştirak edəcək təşkilatların adı, tədbirin keçirilməsi üçün ehtimal olunan xərclər, o cümlədən Azərbaycan Respublikası tərəfindən təşkilatçıların (dövlət büdcəsindən maliyyələşən) üzərinə düşən xərclərin məbləği, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tədbirin məqsədəuyğunluğu barədə rəyi (beynəlxalq səviyyəli tədbirin keçirilməsi nəzərdə tutulduqda) daxil edilməlidir.
Maliyyə Nazirliyi təqdim olunan təklifləri öyrəndikdən sonra onlara dair rəyini avqustun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Nazirlər Kabineti cari ilin sentyabr ayının 1-dək tədbirləri və onların maliyyə tutumunu Azərbaycan Respublikasının prezidenti ilə razılaşdıraraq təsdiq etməli və növbəti ilin (illərin) dövlət büdcəsi layihəsində nəzərə alınması üçün Maliyyə Nazirliyinə göndərməlidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət