Azərbaycan ABŞ-la terrorla mübarizəyə yönəlmiş əməkdaşlığı qoruyub saxlayır, habelə Qafqaz regionunda insan alveri, çirkli pulların yuyulması ilə məşğul olan terror təşkilatlarına qarşı fəal şəkildə mübarizə aparır. Bu barədə ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizəyə dair 2013-cü il hesabatında bildirilir.
Sənəddə vurğulanır ki, Azərbaycan terrorizmlə mübarizə, terrorçuluqla əlaqəli olan çoxlu sayda şəxsin qanuna uyğun olaraq təqib edilməsi və onlardan xeyli miqdarda qeyri-qanuni silah-sursatın müsadirə olunması istiqamətində səylərini davam etdirib.
Sənədin müəllifləri vurğulayırlar ki, Azərbaycan 1999-cu ildə qəbul edilmiş və terror aktları törədən və ya planlaşdıran şəxslərin təqib olunmasını nəzərədə tutan qanunvericiliyin tətbiqini davam etdirib.
“Azərbaycanın Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri ölkədə terror fəaliyyətini aşkar edərək qarşısını almaq qabiliyyətini nümayiş etdirib”, - deyə hesabatda bildirilir.
Sənəddə qeyd olunur ki, Azərbaycan pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (Moneyval), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) üzvüdür. 2009-cu ildə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində qanunvericiliyin qəbulundan sonra Azərbaycan bu sahədə öz peşəkarlığını artırıb.
“2013-cü ilin sonunda Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində TŞ-nin terrorçuluqla bağlı müxtəlif qətnamələrini dəstəkləyib. Azərbaycan ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatların fəal üzvü olaraq qalıb. Bundan başqa, Azərbaycan terrorçuluq, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə hüquq mühafizə orqanlarının səylərinin əlaqələndirilməsi məqsədilə Xəzəryanı dövlətlərin işçi qrupunun müşavirələrində iştirak edib”, - deyə Azərbaycana dair bölmədə bildirilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət