2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarına tələbələr arasından 15 minə yaxın könüllü cəlb ediləcək.
Bununla əlaqədar çərşənbə axşamı ali və orta ixtisas məktəblərinin tələbələri arasında ictimai sorğunun keçirilməsi layihəsinə start verilib.
Layihə Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən həyata keçirilir.
“Sorğu 109 ali və orta ixtisas məktəbində keçiriləcək və 150 min tələbəni əhatə edəcək”,- deyə ATGTİ-nin sədri Şahin İsmayılov çərşənbə axşamı mətbuat konfransında bildirib. O, həmçinin əlavə edib ki, ATGTİ ölkənin 109 ali və orta ixtisas məktəbini özündə birləşdirir.
Onun sözlərinə görə, bu, azəraycanlı tələbələr arasında keçirilən ən böyük sorğu olacaq.
Sorğu mayın 6-dan iyunun 15-nə qədər keçiriləcək
Yayda könüllü olmaq istəyən tələbələr üçün 3 aylıq treninqlər təşkil olunacaq.
“Sorğu 150 min tələbəni əhatə edəcək. Layihə bütün ölkə ərazisində həyata keçiriləcək. Heç bir tələbə sorğudan kənarda qalmayacaq”, - deyə Gənclər Fondunun rəhbəri Faiq Qürbətov qeyd edib.
Sorğunun yekunları üzrə I Avropa Olimpiya Oyunlarında könüllü olmaq istəyən tələbələrin vahid informasiya bazası yaradılacaq.
“Könüllülər həm I Avropa Olimpiya Oyunlarında çoxsaylı qonaqlara bələdçilik etməli, həm də xarici turistlərə Azərbaycanın tarixi, mədəniyyəti və həyatı barədə məlumat verməlidirlər”,- deyə F.Qürbətov qeyd edib.
O, Azərbaycanın bu oyunları yüksək səviyyədə keçirəcəyindən əminlik ifadə edib.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova azərbaycanlı tələbələri fəallıq göstərməyə və ilk Avropa Oyunlarını dəstəkləməyə çağırıb.
Bakıda I Avropa Olimpiya Oyunları 2015-ci il iyunun 12-dən 28-nə qədər keçiriləcək. Oyunlarda 49 Avropa ölkəsindən 6,5 minə yaxın idmançı 19 idman növü üzrə yarışacaq.
R.Babyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət