3-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionunun energetika sektorunun ən böyük tədbiri sayılan 21-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2014” (“Caspian Oil and Gas 2014”) sərgi və konfransı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “ITE Group plc” ilə birlikdə tədbiri təşkil edən “Iteca Caspian” şirkətindən məlumat verilib.
“Sərginin təntənəli açılış mərasimində ənənəvi olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak edəcək. Bu il sərgidə dünyanın 28 ölkəsindən 400-dən çox şirkətin iştirakı gözlənilir. Sərgi sahələrinin 70%-dən çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulub. Onların arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “BP”, “Statoil”, “TPAO”, “Lukoil” şirkətləri də var”,- deyə şirkətdən bildirilib.
Sərgidə debütantların sayı 20% təşkil edir. Bu il sərgidə Böyük Britaniya, Almaniya, İtaliya, Çin, Rusiya, ABŞ və Fransadan 8 milli qrup iştirak edəcək.
Sərgi çərçivəsində “BP” şirkətinin və onun “Azəri-Çıraq-Günəşli” (AÇG), “Bakı-Tbilisi-Ceyhan” (BTC), “Şahdəniz” (ŞD) və “Cənubi Qafqaz Boru Kəməri” (CQBK) layihələri üzrə tərəfdaşlarının təşəbbüsü ilə “Alıcı ilə tanış olun” (“MEET THE BUYER”) şüarı altında tədbir keçiriləcək. Sözügedən tədbirdə istismar təminatı, mühəndis-texniki işlər, inşaat, maddi-texniki təchizat, tullantıların toplanması və utilizasiyasının idarə olunması, müxtəlif işgüzar xidmətlərin göstərilməsi və s. bu kimi sahələrdə ixtisaslaşan yerli şirkətlər iştirak edəcəklər.
İşgüzar proqramın mühüm tərkib hissələrindən biri də Beynəlxalq “Caspian Oil and Gas” konfransıdır. Bu il konfrans 4-5 iyun tarixlərində təşkil olunacaq. Konfransda dünyanın 30-dan çox ölkəsindən 500 nəfərdən çox nümayəndə iştirak edəcək. Builki konfransda dövlət strukturlarını təmsil edən 50-dən çox nümayəndənin, eləcə də müxtəlif dünya ölkələrindən aparıcı neft-qaz ekspertlərinin və iri neft-qaz şirkətlərini təmsil edən rəhbərlərin çıxışı gözlənilir.
Konfransın proqramına bu mövzular daxil edilib: “Avrasiya üçün energetika təchizatında Azərbaycanın rolu”, “Hasilatın artırılmasında və təchizat mənbələrinin diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq”, “Xəzər regionundan neft və qazın nəqli yollarının diversifikasiyası”, “İri neft və qaz layihələrinin sabit inkişafının təmin edilməsi: qaz qiymətlərinin formalaşdırılması və uzunmüddətli müqavilələr”, “Geoloji tədqiqatlar və Azərbaycanın karbohidrogen ehtiyatları bazasının genişləndirilməsi imkanları”, “Avrasiyanın ekoloji və sənaye təhlükəsizliyi standartlarının yüksəldilməsi”, “Azərbaycanda neft-kimya və neft emalı sənayesinin icmalı və inkişaf perspektivləri”.
Həmçinin ХХI əsrin layihələri - “Şahdəniz-2”, “TANAP” və “ТАР” layihələri çərçivəsində beynəlxalq əməkdaşlıq, eləcə də dəniz platformaları, qazma qurğuları və sualtı boru kəmərlərinin inşasında innovasiyaların tətbiqi, o cümlədən Xəzər regionunun həm mədən sənayesində, həm də neft-qaz sərvətlərinin nəqli sahəsində yeni layihələr kimi aktual məsələlər geniş müzakirə olunacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət