Azərbaycanın sabiq prezidenti Heydər Əliyev gənc nəslə böyük qayğı və diqqət göstərilməsinə xüsusi əhəmiyyət verirdi. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bəyan edib.
“Gənclərə qayğı göstərilməsi hər zaman H.Əliyevin diqqət mərkəzində olub”, - deyə nazir Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə İctimai Şurasının Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş iclasında qeyd edib.
Nazirin sözlərinə görə, H.Əliyev zamanı qabaqlayaraq Azərbaycanın uğurlu inkişafı üçün zəmin yaradıb.
“Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsası 1993-cü ildə H.Əliyevin rəhbərliyi altında qoyulub. O, təhsilli və intellektual gənclərin yetişdirilməsinə böyük diqqət ayırırdı. Ölkə rəhbərliyinin yürütdüyü gənclər siyasəti dövlətin ictimai-siyasi həyatında gənc nəslin fəal iştirakının təmin edilməsinə yönəlib”, - deyə A.Rəhimov qeyd edib.
Nazir söyləyib ki, Azərbaycanda 10 il ərzində 51 gənclər təşkilatı fəaliyyət göstərib, bu gün onların sayı 250-ni ötüb.
A.Rəhimov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkədə gənclər sahəsində 550-dən artıq layihənin həyata keçirildiyini vurğulayıb.
Nazirin sözlərinə görə, bu gün Azərbaycanın 20-dən çox bölgəsində gənclər mərkəzi yaradılıb və bu proses davam edir.
“Prezident İlham Əliyev ölkə gənclərinə qayğını prioritet olaraq qarşıya qoyur. Dövlət başçısının dediyi kimi, gənc nəsil fəal inkişaf etməlidir, çünki gənclər Azərbaycanın gələcəyidir”, - deyə A.Rəhimov vurğulayıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət