Fransa prezidenti Fransua Olland Azərbaycanla münasibətlərin inkişaf strategiyasının müəyyənləşdirilməsini vacib hesab edir.
“Mən bura siyasi məsələləri qaldırmaq, lakin eyni zamanda əməkdaşlığımızın yeni istiqamətlərini müəyyənləşdirmək üçün gəlmişəm. Bizə əlaqələrimizin fasiləsiz inkişafını təmin edəcək strategiya lazımıdr”,- deyə F.Olland bazar ertəsi Bakıda Azərbaycan-Fransa biznes forumunda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, gələcək 10 ildə ümumi məqsəd daha sıx əməkdaşlığın qurulacağı sənaye sektorlarının müəyyən olunmasıdır. “Biz Azərbaycana ixracın həcminə görə yeddinci ölkəyik, lakin hesab edirəm ki, bununla kifayətlənmək olmaz”, - deyə o bildirib.
Bununla əlaqədar Fransa prezidenti deyib ki, Azərbaycanın əsas məqsədlərindən biri Avropanın enerji təhlükəsizliyini təmin etməkdir.
“Biz atom, yüksək texnologiyalar və kosmosdan dinc məqsədlərlə istifadəyə öz töhfəmizi vermək istərdik”,- deyə o söyləyib.
“Bakı müasirləşir. Siz öz nümunənizlə şəhərin necə sürətlə dəyişə biləcəyini göstərirsiniz. Fransa şirkətləri Azərbaycanda zibilyandırma, su təmizləmə sahələrində fəaliyyət göstərir, lakin biz rəqəmsal texnologiyalar barədə də düşünməliyik və əgər siz digər şəhərlərinizi də inkişaf etdirmək istəyirsinizsə, biz sizin qulluğunuzdayıq”, - deyə F.Olland vurğulayıb.
Onun sözlərinə görə, Fransa şirkətləri kənd təsərrüfatı sahəsində də öz təcrübələrini bölüşməyə hazırdırlar. “Turizm üzrə sizin hər bir imkanınız, eləcə də iradəniz var, biz bu məsələdə də bölüşməyə hazırırq”,- deyə qonaq qeyd edib.
“Biz tikinti və digər sahələrdə investisiya qoyuluşlarına hazırıq. Bu səfər yeni müqavilələrin bağlanmasına təkan verəcək, lakin mən uzunmüddətli əməkdaşlığın əsasını qoymaq üçün qarşılıqlı səfərlərin daha da intensivləşdirilməsini istərdim”,- deyə F.Olland vurğulayıb.
Y.Əliyev
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət