Polşa şirkətləri Azərbaycan sahibkarlarına və işgüzar dairələrə əməkdaşlıq təklif edirlər. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
Polşa şirkətlərinin siyahısı fondun saytında dərc olunub.
Mərkəzi və Şərqi Avropa regionunda ən iri neft şirkətlərindən biri olan “PKN ORLEN S.A.” Azərbaycan neftinin alınmasında maraqlıdır. Şirkət Polşa, Çexiya və Litvada 7 neft emalı zavoduna malikdir.
Neft və qaz axtarışı və işlənməsi ilə məşğul olan “Lotos Petrobaltic S.A.” şirkəti neft və neft-kimya sənayesi sahəsində investisiya layihələrinin reallaşdırılmasında əməkdaşlıq təklif edir.
“APS Energia S.A” şirkəti Azərbaycanın energetika, neft və qaz sənayesi üçün avadanlıq tədarükündə maraqlıdır.
Siyahıya Polşanın bir sıra digər enerji və xidmət şirkətlərinin təklifləri də daxildir. Bundan başqa, Polşa şirkətləri Azərbaycan sahibkarlarına kənd təsərrüfatı, tikinti, nəqliyyat, maşınqayırma, tibb sənayesi və digər sahələrdə əməkdaşlıq təklif edirlər.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət