Azərbaycan İpoteka Fondu (AİF) mayın 15-də 5 mln. manat məbləğində istiqrazın yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Bu, AİF-in istiqrazlarının səkkizinci emissiyadan beşinci yerləşdirilməsi olacaq. Hərraca bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 5 min istiqraz çıxarılacaq.
İstiqrazlar 100,7750% qiyməti ilə yerləşdiriləcək.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2014-cü ilin yanvar ayında AİF-in 40 mln. manat məbləğində istiqrazının səkkizinci emissiya prospektini qeydiyyata alıb. Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 40 min ədəd təmin edilmiş istiqraza bölünüb. İstiqrazların tədavül müddəti 3600 gün, illik faiz dərəcəsi 3%-dir. Faiz ödənişləri hər 180 gündən bir həyata keçiriləcək.
2014-cü ilin fevral-aprel aylarında AİF dörd hərrac çərçivəsində 20 mln. manat məbləğində istiqraz yerləşdirib.
Xəbər verildiyi kimi, 2009-2013-cü illərdə AİF 7 emissiya çərçivəsində ümumilikdə 300 mln. manat məbləğində istiqraz yerləşdirib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət