Trans-Adriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisi layihəsi üzrə konsorsium qaz kəmərinin Yunanıstan və Albaniyada yerüstü hissəsinin tikintisi üzrə podratçı seçimi üçün ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsini keçirir. Bu barədə şirkətin elanında bildirilir.
Qeyd olunan EPC müqaviləsi (Engineering, procurement and construction) üzrə işlərin həcminə layihələndirmə, tədarük və boru kəmərinin 760 km-ə yaxın hissəsinin tikintisi daxildir. Qaz kəmərinin tikintisindən başqa, müqaviləyə boru kəməri marşrutu boyunca 32 kran qovşağının tikintisi daxil olacaq.
Seçimdə iştirakda maraqlı olan şirkətlər 2014-cü il mayın 26-na kimi müraciət etməlidir.
Qaz kəmərinin tikintisinə 2016-cı ildə başlanılması planlaşdırılır və beş lota (3 lot Yunanıstanda və 2 lot Albaniyada) bölünəcək.
İtaliyada qaz kəmərinin yerüstü hissəsinin tikintisi üzrə podratçının ilkin seçimi daha sonra elan ediləcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. TAP qaz kəmərinin tikintisinin 2015-ci ildə, bu kəmərlə Azərbaycan qazının nəqlinin isə 2019-cu ildə başlanması nəzərdə tutulur.
Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında paylar aşağıdakı şəkildə bölünüb: SOCAR (20%), BP (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və “EGL-Axpo” (5%).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank yeni Visa Infinite kartını təqdim edir!
AccessBank “OK” kartı ilə alış-veriş et, 25 AZN keşbek qazan
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət