1 may 2014-cü il tarixinə Azərbaycanda “elektron imza” (“e-imza”) alan hüquqi və fiziki şəxslərin sayı 18,704 min təşkil edir. Bu barədə “e-hökumət” portalının (www.e-gov.az) aylıq bülletenində məlumat verilir.
1 may 2014-cü il tarixinə 808 hüquqi şəxs, 5 098 vətəndaş və 12 798 dövlət orqanı əməkdaşları “e-imza”ya malikdir.
www.e-gov.az portalında təqdim olunan xidmətlərin sayı 327 təşkil edir.
Məlumata əsasən, indiyədək 341,776 min nəfər elektron formada 1 mln. 84,452 min xidmət əldə etmək üçün portala müraciət edib.
“Ümumilikdə vətəndaşların portala marağının artması müşahidə olunur, eləcə də təkrar müraciət edənlərin sayı artır. Bu dövr ərzində portala müraciət edənlərin 55%-ni yeni istifadəçilər, 45%-ni təkrar müraciət edənlər təşkil edib”, - deyə bülletendə bildirilir.
1 may 2014-cü il tarixinə 82,844 min istifadəçi portaldan istifadə üçün sadələşdirilmiş kod-parol alıb.
2014-cü ilin aprel ayında müraciətlərin əksəriyyəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin təqdim etdiyi xidmətlərdən istifadə ilə bağlı olub.
Cari ilin aprel ayında “Elektron hökumət” portalı vasitəsilə vətəndaşlara 102,127 min xidmət göstərilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət