Azərbaycan Respublikası Cinayət Məcəlləsində ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bazar ertəsi keçirilən iclasında bu və digər məsələlərə baxılıb.
Komitə sədri Əli Hüseynli həmin məsələlərlə bağlı məlumat verib.
Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərə uyğun olaraq 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 108 (Cinsi zorakılıq), 108.1 (Məcburi hamiləlik), 111 (İrqi ayrı-seçkilik (aparteid), 117.2 (Döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə bu məcəllənin 115-116-cı maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və sərəncam vermə), 274 (Dövlətə xəyanət), 275.2 (Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 280-ci (Silahlı qiyam) maddələrində nəzərdə tutulan cinayət əməllərinə görə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası tətbiq ediləcək.
Hazırda yuxarıda adı çəkilən maddələr üzrə Cinayət Məcəlləsində 8 ildən 15 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və başlamaya görə (AR CM 100.1-ci maddə) nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası 8-10 ildən 8-12 ilə qədər artırılacaq.
Cinayət Məcəlləsinin 103 (Soyqırım), 105 (Əhalini məhv etmə) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə - terror aktı) maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə 10 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası 12 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası ilə əvəz olunacaq.
İnsanları zorakılıqla yoxa çıxarmaya (maddə 110) görə nəzərdə tutlulmuş 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası 10-20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası ilə əvəz olunub.
Qanunun 115.4 (Beynəlxalq humanitar hüquq tərəfindən qorunan şəxslərin və hərbi əsirlərin qəsdən öldürülməsi), 214.2 (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; təkrar törədildikdə; odlu silahdan və ya silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə; ehtiyatsızlıqdan insan ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 287-ci (Ədalət mühakiməsini və ya ibtidai istintaqı həyata keçirən şəxsin həyatına qəsd etmə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə 12 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası 14 ildən 20 ilə qədər artırılır.
Qanunun 116-cı maddəsi ilə nəzərdə tutulan (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) cəzanın artırılaraq (7-15 ildən) 10-20 ilə qədər azadlıqdan məhrum edilmə cəzası ilə əvəz olunması təklif edilir.
Cinayət Məcəlləsinə düzəlişlər qəbul edildikdən sonra qəsdən adam öldürmə maddəsinə görə (120.1) nəzərdə tutulmuş 7-12 il həbs cəzası 9 ildən 14 ilədək həbs cəzası ilə əvəz olunacaq.
Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən adam öldürmə (maddə 120.2) əməlinə görə cəza 12-15 ildən 14-20 ilə qədər artırılacaq.
Zorlama (maddə 149.3 ) və Hava və su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma (bu əməl mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – maddə 219.3 ) cinayətinə görə 10 ildən 15 ilədək həbs cəzası tətbiq ediləcək (hazırda bu əmələ görə 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq edilir).
Terrorizm (maddə 214.1 - yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə əməllərinə görə nəzərdə tutulan 10-12 il müddətinə azadlıqdan məhrum etmə cəzası 10 ildən 14 ilə qədər artırılacaq.
Cinayət qanunvericiliyinə təklif olunan düzəlişlərə uyğun olaraq 271.5-ci maddə üzrə (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə) cinayət əməllərinə görə nəzərdə tutulmuş 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası 7 ildən 12 ilə qədər artırılacaq.
Casusluğa görə (maddə 276) sanksiyalar artırılaraq 10 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunacaq (hazırda 7-15 il həbs cəzası tətbiq olunur).
Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, bu məcəllənin 279.3-cü mddəsində nəzərdə tutulan əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda nəzərdə tutulmuş 8-15 ilədək həbs cəzasının 10 ildən 20 ilə qədər həbs cəzası ilə əvəz olunması təklif edilir.
Bundan başqa, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan və Avropa Birliyi arasında qanunsuz yaşayan şəxslərin readmissiyası haqqında” sazişin təsdiq edilməsi, Azərbaycan Dövlət Mühafizəsinin 95 illik yubiley medalının təsdiq edilməsi, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə düzəlişlərin edilməsi haqqında qanun layihələrinə baxılıb.
Bütün sənədlər Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət