Rəsmi Bakı onun daxili işlərinə qarışma və ya istiqamət vermə cəhdlərini yolverilməz hesab edir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin bazar ertəsi verdiyi bəyanatda bildirilir.
“Azərbaycan öz siyasətində digər dövlətlərin daxili işlərinə qarışmaqdan kənar durur və bu əsasda da digər dövlətlərin, eləcə də ABŞ-ın eyni cür davranış nümayiş etdirməsini zəruri sayır. Dövlətlərarası münasibətlər bərabərhüquqluluq prinsipinə əsaslanmalıdır”, - deyə E.Abdullayev ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın vətəndaş cəmiyyətinin təqibinə son qoyulması ilə bağlı çağırışını şərh edərkən vurğulayıb.
E.Abdullayevin sözlərinə görə, “müstəqil inkişaf xəttimiz, o cümlədən uğurlu islahatlarımız, hüquqi dövlət quruculuğu, güclü vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsi istiqamətində gördüyümüz işlər göz qabağındadır”.
“Biz bir çox sahələrdə islahatlar həyata keçirərək, böyük uğurlara imza atmış bir dövlətik. Bu gün beynəlxalq ictimaiyyətə uğurlu bir model kimi nümayiş etdirilmiş ölkəyik. Dünyanın bir çox nüfuzlu ölkələri Azərbaycanın uğurlu inkişaf modelini çox bəyənir və əksər hallarda çox müdrik daxili və xarici siyasət həyata keçirildiyini vurğulayırlar. Bir çox Qərb ölkələrinin, o cümlədən ABŞ-ın onilliklər ərzində görə bilmədikləri işləri Azərbaycan qısa müddət ərzində görüb”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib.
O, amerikalı diplomatın bəyanatlarının siyasi motivli olduğunu deyib.
“Dəfələrlə bildirmişik ki, bu cür siyasi motivli bəyanatların verilməsi və müstəqil məhkəmələrin işinə müdaxilə etmək cəhdləri ölkələrimiz arasındakı münasibətlərə kölgə salır. Qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi dünyanın bir çox ölkələrinin qanunvericiliklərindən daha mütərəqqi və mükəmməldir. Azərbaycan Respublikası tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai həyatının bütün sahələrində fəal iştirakının təmin edilməsi məqsədilə uğurlu ardıcıl tədbirlər həyata keçirilib. Bir də onu xatırlatmaq istərdim ki, diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq diplomatik funksiya daşıyan şəxslərin ən əsas məqsədi ölkələr arasında qarşılıqlı anlaşma və dostluq tellərinin daha da inkişaf etdirilməsi olmalıdır. Vyana Konvensiyasının ruhuna və müddəalarına zidd olaraq fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə qarışmaq cəhdləri bərabərhüquqlu əsasda inkişaf etməkdə olan dostluq münasibətlərinə xələl gətirməkdən başqa bir şey deyil”, - deyə E.Abdullayev bəyanatında vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət