Bakı ABŞ və digər xarici oyunçuların Azərbaycanın daxili işlərinə müdaxiləsinə qarşı çıxış edir.
“Hesab edirəm ki, nə ABŞ-ın, nə də başqa bir böyük dövlətin və ya beynəlxalq qurumun Azərbaycanın daxili işlərinə, yaxud xarici siyasətinə hər hansı formada müdaxilə cəhdi, onu idarə etməyə çalışması, "bu xalqa neçə yaşamağı öyrətməsi" heç də yaxşı hal deyil”, - deyə Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “AzərTac” dövlət informasiya agentliyinə müsahibəsində bildirib.
Bu günlərdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Azadlıq" radiosuna müsahibəsində Azərbaycan hakimiyyəti tərəfindən kəskin dərəcədə mənfi qarşılanan bəyanatlar səsləndirib. O, xüsusilə vətəndaş cəmiyyətinin təqibinə son qoymağa çağırıb.
“Konkret olaraq cənab Riçard Morninqstarın məlum müsahibəsinə gəldikdə, deyə bilərəm ki, onun fikirləri nə Azərbaycan-ABŞ əlaqələrinin bugünkü ruhuna uyğun deyil, nə də ki, "Diplomatik əlaqələr haqqında" 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasının tələblərinə cavab vermir. R.Morninqstarın müsahibəsində irəli sürülən bir çox iddialar erməni diasporunun təsiri altında neçə illərdir ki, öz anti-Azərbaycan mövqeyi ilə ad çıxarmış bəzi xarici QHT-lərin hesabatlarındakı subyektiv mülahizələri xatırladır. Açıq söyləyim, bu paralellik bizi olduqca narahat edir və düşündürür”, - deyə Ə.Həsənov qeyd edib.
O vurğulayıb ki, bu gün dünyanın müxtəlif nöqtələrində ABŞ və Qərbin yaxından iştirakı ilə elə hadisələr baş verir ki, təkcə biz yox, bütün dünya bunların məntiqini başa düşməkdə çətinlik çəkir.
“İraq, Liviya, Misir, Suriya, Ukrayna və bəzi digər ölkələrdə baş verən "Maydan" hərəkatları müasir beynəlxalq münasibətlər sistemində mövcud olan bütün mütərəqqi prinsiplərin üzərindən xətt çəkir. Müstəqil ölkələrdə zorla həyata keçirilən qeyri-konstitusion hakimiyyət dəyişiklikləri və onun ağır nəticələri - ictimai-siyasi sabitliyin pozulması, daxili qarşıdurma və vətəndaş müharibəsinin qızışdırılması, iqtisadiyyatın çökdürülməsi, sosial fəlakətin körüklənməsi və s. heç də cənab səfirin qələmə verdiyi kimi demokratik dəyişiklik deyil, həmin xalqların faciəsidir. Əgər hansısa xarici dairələr həmin hadisələrin Azərbaycanda da təkrarlanmasını istəyirlərsə, onların məyus olacağına heç bir şübhə yoxdur”, - deyə Ə.Həsənov bildirib.
Prezident Administrasiyasının nümayəndəsi əmindir ki, Ukraynadakı "Maydan" hərəkatı da bəzi beynəlxalq güclərin layihəsidir və onlar hazırda bu ölkədə baş verənlərə - vətəndaş qarşıdurması, xaos və anarxiyaya, dövlətin parçalanmasına görə birbaşa məsuliyyət daşıyırlar”.
“Əgər həmin dairələr Azərbaycanda da analoji proseslərin baş verməsini istəyirlərsə, bunun qarşısını almaq da bizim vəzifəmiz və borcumuzdur. Azərbaycan iqtidarı dövlətin təhlükəsizliyini təhdid edən istənilən addıma layiqli cavab verməyə hazırdır və heç bir isterik bəyanat, çərçivəni aşan ritorika dövlətin iradəsini sarsıda bilməz”, - deyə Ə.Həsənov bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət