Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Qazaxıstanda “Alpamıs” operasının premyerasında iştirak ediblər. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Belə ki, Astanada “Konqres Xoll” salonunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Abay adına Qazaxıstan Dövlət Opera Teatrının solistləri və dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Astana Filarmonik orkestri və xorunun iştirakı ilə görkəmli qazax bəstəkarı, SSRİ xalq artisti, Qazaxıstanın dövlət mükafatı laureatı, professor Erkeqali Raxmadiyevin “Alpamıs” operasının premyerası olub.
Bu möhtəşəm tədbir TÜRKSOY-un təşkilatçılığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Astana Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Opera Teatrının dəstəyi ilə keçirilib.
Azərbaycandan əsas rolların ifaçıları – İlahə Əfəndiyeva (Gülbarşın), Fəridə Məmmədova (Mıstan), Fərid Əliyev (Karaman), Səbinə Vahabzadə (Ana torpaq), Tələt Hüseynov (Tayşik xan), Tural Ağasiyev (Keykuat), Anton Ferştant (Alpamıs) və Qazaxıstanın xalq artisti, tanınmış opera müğənnisi Gülzat Dauırbayevanın (Karağöz) təsirli və dolğun şəkildə Türk dünyasının möhtəşəm eposu “Dədə Qorqud”un qəhrəmanlarından biri olan cəngavər Alpamısa həsr olunmuş səhnəni canlandırıblar.
Astana Filarmoniyasının simfonik orkestri (bədii rəhbər Yerlan Baktıgerey), xor kollektivi (bədii rəhbər Gülmira Kuttıbadamova) və dirijor Əyyub Quliyevin uğurlu müştərək iştirakı iki dost ölkənin möhkəm yaradıcı əlaqələrinin böyük nailiyyəti və təntənəsi kimi qeyd olunub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət