Ermənistan-Azərbaycan münaqişəsinin həllində beynəlxalq hüququn norma və prinsiplərinə istinad edilməlidir. Bu barədə Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debano Qrex bəyan ediblər.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan parlamentində təmsil olunan siyasi partiya üzvləri ilə AŞPA-nın həmməruzəçiləri respublikada müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndiriblər.
Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı qeyd edib ki, parlamentdə ondan artıq siyasi partiya təmsil olunur. Onun sözlərinə görə, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir və Avropa qurumları ilə əlaqələrin daha da inkişaf etməsinin tərəfdarıdır.
Milli Məclisin üzvləri çıxışlarında avropalı parlamentarilərə Qarabağ problemi barədə məlumat veriblər. Onlar vurğulayıblar ki, 20 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan münaqişəsi bütün regionun təhlükəsizliyini ciddi təhdid altında saxlayır.
Görüşdə bildirilib ki, Azərbaycanın Venesiya Komissiyası və Avropa Şurasının digər təsisatları ilə qarşılıqlı əməkdaşlığı yüksək səviyyədədir. Parlamentdə qanun layihələri hazırlanarkən bu qurumlardan gələn bütün təkliflərə həssaslıqla yanaşılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət