Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ikitərəfli əlaqələrin inkişafına imkan yaradacaq. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov cümə axşamı Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşdə bəyan edib.
Milli Məclisin mətbuat xidmətindən veriən məlumata görə, spiker vurğulayıb ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirir.
O, cari ilin may ayından Bakının Avropa Şurasının Nazirlər Komitəsinə yarım il müddətinə sədrlik etməsinə toxunaraq qeyd edib ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu müddətdə iki dəfə bu quruma sədrlik edib və bu sahədə kifayət qədər təcrübəsi var.
O.Əsədov vurğulayıb ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini yüksək səviyyədə həyata keçirməyə çalışacaq.
Parlamentin sədri qeyd edib ki, Azərbaycan beynəlxalq təcrübələrə əsaslanan çox yaxşı qanunvericilik bazasına malikdir və bu sahədə Avropa Şurası daim ölkəmizə dəstək verir.
T.Yaqland Azərbaycanın çox sürətli inkişafından məmnunluq ifadə edib. O, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, ən müasir texnologiyalar əsasında fəaliyyət göstərən “ASAN xidmət” nadir bir təcrübədir və bu xidmət Avropa üçün yaxşı nümunə ola bilər.
Azərbaycana səfəri çərçivəsində ölkənin müxtəlif regionlarına etdiyi səfərlər barədə məlumat verən Avropa Şurasının baş katibi, respublikada müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq və həmrəylik şəraitində yaşamasını yüksək qiymətləndirib.
Azərbaycan ilə Avropa Şurası arasında imzalanmış yeni fəaliyyət planının əhəmiyyətinə toxunan T.Yaqland bu sənədin gələcək əməkdaşlıq üçün çox geniş imkanlar açacağını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət