Politoloq Vəfa Quluzadə hesab edir ki, Qərb Qarabağ probleminin həllində gücsüzdür, Rusiya isə onun həllində maraqlı deyil.
“Məsələ burasındadır ki, Qarabağ münaqişəsinin nizamlanması baxımından Qərbin verdiyi pozitiv bəyanatlar bir qəpiyə dəyməz”,- deyə V.Quluzadə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. Onun sözlərinə görə, Rusiyanın Ermənistanı idarə etməsi hamıya məlumdur, buna görə də İrəvan irəli sürülən heç bir təklifi qəbul etmir”.
“Ermənistan Azərbaycanla razılığa gəlməyə çalışdıqda isə Rusiya onu çox sərt cəzalandırır. Ermənistanın bir dəfə “ağzı yanıb” və bir daha Rusiyanın göstərişi olmadan hərəkət etməyəcək”, - deyə politoloq bildirib. O deyib ki, buna görə də problemin sülh yolu ilə həllində Qərbdən deklarativ xarakterli çıxışlardan başqa bir şey gözləməyə dəyməz.
“Buna görə də əgər Qərb “ermənilər işğal edilmiş torpaqları azad etməlidir” kimi ifadələr işlədərək problemin həllində fəallıq göstərmə görüntüsü yaratmaqla gözümüzə kül üfürmək istəyirsə, bunun bizə nə faydası var? Qərb problemi həll edə bilmir, Rusiya həll etmək istəmir. Vəziyyət 20 il əvvəl necə idisə, elə də qalıb”, - deyə V.Quluzadə vurğulayıb.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Şanxay sammitinin yekunları üzrə iştirakçı ölkələrin qəbul etdiyi bəyannaməni (iştirakçı ölkələr bir-birinin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına dəstək bildirib, separatçılıq və ekstremizmi pisləyiblər) şərh edən politoloq qeyd edib ki, bu sənəd yalnız ümumi sözlərdən ibarədir, heç bir konkretlik yoxdur.
“Bəli, Qarabağ məsələsi beynəlxalq hüquq normaları əsasında nizamlanmalıdır. Bunu hər kəs deyir. Separatçılığa qarşı da hamı çıxış edir. Rusiya da Ukraynada deyil, özündə separatizmə qarşı çıxır. Çin də özündə mövcud olan separatizmlə mübarizə aparır, çünki orada uyğurlar və digər milli azlıqlar var. Buna görə də bu bəyannamə sadəcə hamıya məlum olan prinsiplərdən ibarətdir”, - deyə V.Quluzadə qeyd edib.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət