AŞPA prezidenti Ann Brassör ümid edir ki, Azərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi ölkəyə həyata keçirilən islahatları sürətləndirməyə imkan verəcək.
“Ümid edirəm ki, sədrlik dövrü Azərbaycan üçün həyata keçirilən islahatları sürətləndirməyə imkan yaradacaq”,- deyə A.Brassör cümə günü Bakıda mətbuat konfransında bildirib.
O, həmçinin söyləyib ki, may ayında AŞ Nazirlər Komitəsinə sədrliyi qəbul etmiş Azərbaycan bu səlahiyyətini cari ilin noyabr ayına qədər icra edəcək.
O, Azərbaycanın Avropa Şurasının bir sıra konvensiyalarını ratifikasiya etməsini alqışlayıb. Bununla yanaşı, AŞPA prezidenti ölkədə qanunun aliliyi, toplaşma və söz azadlığı məsələlərində problemlərin olduğunu vurğulayıb.
“Mən bir neçə müddət əvvəl həbs edilmiş şəxslərlə, o cümlədən İlqar Məmmədovla (“REAL” müxalifət hərəkatının lideri - İF-Az) görüşümün təşkil edilməsi xahişi ilə müraciət etmişdim, lakin bu baş tutmadı”,- deyə A. Brassör bildirib. O, Azərbaycana növbəti səfərində bu görüşün baş tutacağına ümid etdiyini söyləyib və xatırladıb ki, Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun hüquqlarının pozulması faktını təsdiqləyən qərar qəbul edib.
“Yalnız ona ümid edə bilərəm ki, İlqar Məmmədov azadlığa çıxacaq”,- deyə AŞPA prezidenti vurğulayıb.
O, həmçinin AŞPA-nın vitse-prezidenti Rene Rukeyə verilmiş vizanın Azərbaycan tərəfindən ləğv edilməsindən narazılıq bildirərək bunu “Paris protokol”unun pozulması kimi qiymətləndirib.
Azərbaycanda siyasi məhbusların olub-olmaması ilə bağlı suala cavabında AŞPA rəhbəri deyib ki, yerli QHT-lərin nümayəndələri ilə görüşdə ona həbsdə olan şəxslərin siyahısı təqdim edilib və o, öz növbəsində bu siyahını ökə prezidentinə və Milli Məclisin sədrinə təqdim edib.
“Bu siyahıda adları olan şəxslər azad edilməlidir”, - deyə A.Brassör vurğulayıb. Onun sözlərinə görə, bu siyahının tərtib edilməsində müəyyən problemlər yaranmışdı, çünki müxtəlif təşkilatların siyahılarında müxtəlif adlar və müxtəlif say qeyd edilmişdi, “indi isə bizə bir ümumi siyahı təqdim edilib və biz onu müzakirəyə (prezidentin və parlament sədrinin - İF-Az) vermişik”.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət