Milli Məclisin yaz sessiyasının cümə günü keçirilən son plenar iclasında “Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş təsdiq olunub.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin parlamentin iclas zalından verdiyi məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sazişin mahiyyətini izah edərək bildirib ki, Azərbaycan uzun illərdir Aİ ilə səmərəli əməkdaşlıq edir.
“Azərbaycan Avropa dəyərlərinə öz sadiqliyini nümayiş etdirir və Avropanın enerji təhlükəsiziliyinin təmin edilməsində mühüm rol oynayır”, - deyə komitə sədri qeyd edib.
Onun sözlərinə görə, sazişin məqsədi qanunsuz miqrasiyanın qarşısının alınmasıdır.
“Bizim münasibətlərimiz yalnız siyasi müstəvidə deyil. Biz demokratiyanın, insan hüquqlarının, qanunun aliliyinin və digər dəyərlərin təmin edilməsi sahələrində fəal əməkdaşlıq edirik. Azərbaycanın korrupsiyaya qarşı mübarizə, təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyəti Avropa üçün nümunə rolunu oynayır”,- deyə Ə.Hüseynili vurğulayıb.
“Readmissiya sazişinin qəbul edilməsində məqsəd Aİ ilə viza rejiminin sadələşdirilməsi prosesini sürətləndirməkdir”, - deyə Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib.
Sazişə əsasən, Azərbaycan tərəfi Avropa İttifaqı ölkələrinə qanunsuz gedən və bu ölkələrdə qanunsuz yaşayan ölkə vətəndaşlarını geri qaytarmaq barədə üzərinə öhdəlik götürür. Həmin şəxsin Azərbaycan vətəndaşı olmasını təsdiq edən sübutlar olmalıdır. Bundan başqa, Azərbaycan tərəfindən verilən yaşayış icazəsi və ya vizaya malik olan, eləcə də Azərbaycan ərazisi vasitəsilə Aİ ərazisinə daxil olan üçüncü ölkələrin vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin readmissiyası haqda da rəsmi Bakının üzərinə öhdəlik qoyulur.
Öhdəliklər qarşılıqlıdır və Aİ tərəfi də analoji şərtlərdə bu sazişi imzalayacaq.
Tərəflər ölkədə qanunsuz yaşayan və ya readmissiyanın təsirinə düşən şəxslərin 5 iş günündən gec olmayaraq pul almadan geri qaytarılması üçün müvafiq sənədlər təqdim etməlidir.
“Üzv dövlətlər və Azərbaycan üçüncü ölkələrin vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslərin tranzitini o halda məhdudlaşdırmalıdır ki, bu şəxslərin bilavasitə təyinat ölkəsinə qaytarılması mümkün deyil”, - deyə sazişin mətnində qeyd edilir.
Saziş readmissiya üzrə birgə komissiyanın yaradılmasını da nəzərdə tutur.
Readmissiya sazişinə Böyük Britaniya, İrlandiya, Şimal İrlandiya və Danimarka qoşulmayacaq.
Azərbaycan və Aİ ötən ilin noyabrında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayıb. Saziş “Readmissiya haqqında” saziş imzalandıqdan sonra qüvvəyə minir.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət