Milli Məclis cümə günü “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklikləri qəbul edib. Dəyişikliklər başqa ölkənin vətəndaşlığını qəbul etmiş şəxsin Azərbaycan vətəndaşlığının ləğv edilməsini nəzərdə tutur.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna edilən dəyişikliklər ikili vətəndaşlıq, dövlətin milli təhlükəsizliyinin təmin edilməsi, həmçinin qanunda mövcud olan və düzəlişlər edilməsini tələb edən boşluqların aradan qaldırılması ilə bağlı məsələlərin tənzimlənməsinə yönəlib”, - deyə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası ikili vətəndaşlığa icazə vermədiyinə görə qanunvericilik aktına edilən dəyişikliklər qanuvericiliyin dəqiqləşdirilməsinə və mövcud boşluqların aradan qaldırılmasına xidmət edir.
Qanunun 10-cu maddəsinə edilmiş dəyişikliklərə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qanuna edilmiş dəyişikliklər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində doğulmuş uşaqlarının vətəndaşlığı ilə bağlı məsələləri də tənzimləyir.
“Azərbaycan vətəndaşlığı haqqında” qanunun 12-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, Azərbaycan Respublikası ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan vətəndaşı hesab edilmir.
Azərbaycan Respublikası ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan vətəndaşıdır.
Qanunun 6-cı maddəsinə edilən dəyişikliyə əsasən, doğum haqqında şəhadətnamə vətəndaşlığı təsdiq edən sənədlərin siyahısından çıxarılır.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət