Cümə günü Milli Məclisin yaz sessiyasının son plenar iclasında Cinayət Məcəlləsində ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə görə sanksiyaların sartləşdirilməsini nəzərdə tutan düzəlişlər qəbul edilib.
Xüsusilə terror aktlarının törədilməsinə görə cəza sərtləşdirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin parlamentin iclas zalından verdiyi xəbərə görə
, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd olunan məsələ ilə bağlı məlumat verib.
Cinayət Məcəlləsinə qəbul edilən düzəlişlərə əsasən, terrorçuluq (yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə - AR CM maddə 214.1) 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. CM-ə dəyişikliklər qəbul edilməzdən əvvəl terrorçuluğa görə azadlıqdan məhrum etmə cəzası 10-12 il təşkil edirdi.
Cinayət qanunverciliyinə qəbul olunan düzəlişlərə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etməkdə təqsirli bilinən şəxslər (AR CM maddə 275.1) indiyədək tətbiq olunan 5 ildən 10 ilədək deyil, 7 ildən 12 ilədək azadlıqdan məhrum ediləcəklər.
Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, həmin əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda (AR CM maddə 279.3) indiyədək tətbiq olunan 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə əvəzinə 10 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.
AR CM-ə qəbul edilən dəyişikliklərə əsasən, CM-in 100.2 (təcavüzkar müharibəni aparma), 111 (irqi ayrı-seçkilik (aparteid)), 117.2 (döyüş bölgələrində heç kəsin saq buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu Məcəllənin 115-116-cı maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 280-ci maddələrində (silahlı qiyam) nəzərdə tutulan cinayətlərə görə 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası tətbiq olunacaq. Əvvəllər bu cinayətlərə görə 8 ildən 15 ildək azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası nəzərdə tutulurdu.
Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlamasına (AR CM 100.1 maddə) görə azadlıqdan məhrum etmə cəzası 8-10 ildən 8-12 ilədək sərtləşdirilib.
Bundan sonra CM-in 103 (soyqırım), 105 (əhalini məhv etmə) və 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-
qəsd etmə (terror aktı)) maddələrində nəzərdə tutulan cinayətlərə görə 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası tətbiq olunacaq. Əvvəllər bu cinayətlərə görə 10 ildən 15 ildək azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası verilirdi.
AR CM-in 115.4 (əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri qəsdən öldürmə), 214.2 (terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə) və 287-ci (ədalət mühakiməsini və ya ibtidai istintaqı həyata keçirən şəxsin həyatına qəsd etmə) maddələri ilə nəzərdə tutulan qanunsuz hərəkətlərin törədilməsinə görə azadlıqdan məhrum etmə cəzası indiyədək tətbiq olunan 12-15 ildən 14-20 ilədək sərtləşdirilib.
AR CM-in 116-cı maddəsi ilə (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) nəzərdə tutulan cinayət hərəkətlərinə görə həbs cəzaı 7-15 ildən 10-20 ilədək sərtləşdirilib.
Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma – bu əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda (AR CM 219.3 maddə) bu əməl əvvəllər tətbiq olunan 8-15 ilədək azadlıqdan məhrum etmə əvəzinə 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət