Azərbaycan gəncləri dövlətin inkişafına layiqli töhfə vermək üçün təhsil almağa çalışmalıdırlar. Prezident İlham Əliyevin bazar ertəsi Bakıda keçirilən Azərbaycan Gənclərinin VII Forumunun iştirakçılarına ünvanladığı müraciətdə belə deyilir. Müraciəti forum iştirakçılarına Prezident Administrasiyasının
Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.
“Müstəqillik illərində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb. Sevindirici haldır ki, bu sahədə gənclər təşkilatları öz fəallıqları ilə seçilirlər. Onlar dövlətdən hərtərəfli dəstək alaraq gənclər sahəsində layihələr həyata keçirirlər”, - deyə dövlət başçısı qeyd edib.
İ.Əliyev deyib ki, Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir.
“Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ idea və təşəbbüslərin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir”, - deyə prezidentin müraciətində bildirilir.
Dövlət başçısı qeyd edib ki, cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial, iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər.
“Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, vətənimizin qorunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə layiqli töhfələr verirlər. Ölkəmizdə demokratik cəmiyyətin və bazar iqtisadiyyatının bərqərar olduğu şəraitdə yüksək savada və geniş dünyagörüşünə malik olan, müasir texnologiyalardan istifadə etməyi bacaran peşəkar mütəxəssislərə və menecerlərə tələbat artır. Buna görə də gənclərimiz mükəmməl təhsil almaq və biliklərə dərindən yiyələnmək üçün daha inamla çalışmalıdırlar”, - deyə prezident vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət