Azərbaycanın iştirakı ilə TAP və TANAP enerji layihələrinin reallaşdırılması Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. Bu barədə prezident İlham Əliyev çərşənbə axşamı Bakıda işə başlayan 21-ci “Caspian Oil & Gas 2014” konfransının açılış mərasimində çıxışı zamanı bəyan edib.
“Azərbaycan qazının Avropaya nəqli ilə bağlı uzun müddət danışıqlar getdi, lakin təəssüf ki, iş sözlər və bəyanatlardan o yana getmədi. Buna görə də biz məsuliyyəti öz üzərimizə götürdük və TANAP adlandırdığımız layihəyə dair təkliflərimizi verdik”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, bu layihəyə beynəlxalq maraq artmaqdadır. “Biz Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi verməyə çalışırıq”,- deyə İ.Əliyev vurğulayıb.
Prezident, həmçinin TAP layihəsi üzrə əlaqələndirilmiş işin aparılmasının vacib olduğunu söyləyib.
“Bu layihələrin həyata keçirilməsi nəticəsində Avropa yeni qaz mənbəyi əldə edəcək”,- deyə o qeyd edib.
TAP və TANAP layihələrinin yaranma tarixi barəsində danışan dövlət başçısı söyləyib ki, həmin dövrdə Azərbaycan özünə hesabat verirdi ki, yalnız öz regionu ilə kifayətlənə bilməz, ona daha iri bazarlara çıxmaq lazımdır.
Onun sözlərinə görə, ötən illər ərzində Azərbaycan etibarlı tərəfdaş və sözünə sadiq olduğunu sübut etdi. Azərbaycanın enerji siyasətinin əsas xüsusiyyəti budur ki, respublika bütün tərəflərin - həm tədarükçülərin, həm də istehlakçıların maraqlarını nəzərə alır.
İ.Əliyev vurğulayıb ki, Azərbaycan öz enerji resurslarından heç vaxt təzyiq aləti kimi istifadə etməyib.
“Enerji resurslarımızı dünya bazarlarına çıxarmaqda məqsədimiz tərəfdaşlarımızla əməkdaşlığı möhkəmləndirməkdir”,- deyə o əlavə edib.
“Mən əminəm ki, növbəti enerji sərgisinə qədər biz yeni uğurlar qazanacağıq”,- deyə İ.Əliyev bildirib.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət