Gələn həftə Türkdilli Ölkələrin Parlament Assambleyasında (Türk PA) sədrlik Türkiyədən Azərbaycana keçəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə təşkilatın katibliyindən məlumat verilib.
İyunun 12-13-də Bakıda TürkPA-nın V plenar sessiyası keçiriləcək.
Tədbirdən əvvəl parlament nümayəndə heyətlərinin rəhbərlərini - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin spikerlərini prezident İlham Əliyev qəbul edəcək.
Sessiyanı giriş sözü ilə TürkPA-nın indiki sədri, Türkiyənin Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək açaraq sədrliyi Azərbaycan parlamentinin sədri Oqtay Əsədova təhvil verəcək.
C.Çiçəyin çıxışından sonra söz Milli Məclisin sədri O.Əsədova veriləcək.
Sessiyada TürkPA-nın 2013-cü ildəki fəaliyyətinə, təşkilat katibliyinin ötən ilin büdcəsinin icrasına dair hesabatları dinləniləcək, təşkilati məsələlərə, o cümlədən TürkPA katibliyinin 2015-ci il üçün büdcə layihəsinə baxılacaq, təşkilatın VI plenar sessiyasının keçirilmə vaxtı və yeri müəyyən olunacaq.
Sessiyanın ikinci günü, iyunun 13-də TürkPA-ya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri - spikerlər Oqtay Əsədov (Azərbaycan), Kabibulla Çakupov (Qazaxıstan), Asılbek Jeenbekov (Qırğızıstan) və Cəmil Çiçək (Türkiyə) çıxış edəcəklər.
Tədbir iştirakçıları Türk PA-nın beynəlxalq müşahidəçilər missiyasının Azərbaycanda prezident seçkiləri ilə bağlı hesabatını, eləcə də Beynəlxalq əlaqələr, Sosial, mədəni və humanitar məsələlər, İqtisadiyyat, ticarət və maliyyə məsələləri, Hüquq məsələləri komissiyalarının məruzə və tövsiyələrini dinləyəcəklər.
Tərəflər, həmçinin TürkPA komissiyalarının restrukturlaşdırılması məsələlərini də müzakirə edəcəklər.
TürkPA-nın sədri O.Əsədov Macarıstan parlamentinin müşahidəçi statusu alması barədə məlumat verəcək. İştirakçılar TürkPA-nın VI plenar iclasının vaxtını və yerini müəyyənləşdirəcəklər.
TürkPa-nın V plenar sessiyasının yekunları üzrə Bakı bəyannaməsi qəbul olunacaq.
Plenar sessiya başa çatdıqdan sonra TürkPA-nın nümayəndə heyətlərinin rəhbərləri və baş katibi tədbirə həsr olunmuş mətbuat konfransında jurnnalistlərin suallarını cavablandıracaqlar.
MDB Parlamentlərarası Assambleyasının saytında verilən məlumata görə, V plenar sessiyada MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının nümayəndə heyəti iştirak edəcək.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət