Ermənistanın hakim dairələri prezident İlham Əliyevin indiki Ermənistan dövlətinin İrəvan, Göyçə, Zəngəzur kimi əzəli Azərbaycan torpaqlarında yaradılması barədə bəyanatlarına qeyri-adekvat reaksiya göstərməkdə davam edirlər. Bu barədə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun təşkil etdiyi «Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində» adlı beynəlxalq konfransda bildirib.
“Bu rejimin cinayətlərindən biri də yalanlar uyduraraq öz xalqını cəhalət içində saxlamasıdır”, - deyə F.Axundov qeyd edib.
“İş o yerə çatıb ki, erməni mənşəli xarici alimlər belə rəsmi İrəvanın onların öz tarixlərini araşdırmasına imkan vermədiyindən şikayətlənirlər. Onlara deyirlər ki, sizin tarixi tədqiq etməyinizə gərək yoxdur, bunu Ermənistanda özümüz edəcəyik. Siz isə sadəcə bizim versiyalarımızı dünyaya yaymalısınız. Buna görə də bizim əsas məqsədimiz həmin tabunu aradan qaldırmaq və erməni xalqına əsl həqiqəti çatdırmaqdır”,- deyə o vurğulayıb.
“Özünə hörmət edən tarixçilər heç vaxt tarixi faktları nə şübhə altına alır, nə də onları alt-üst çevirirlər. Ermənistanda isə öz fərziyyələrini əsaslandırmaq üçün danılmaz faktları təhrif edirlər. Hətta bütün dünyanın tarix dərsliklərində 1939-cu il sentyabrın 1-də Hitlerin Polşaya hücum etdiyi yazıldığı halda, İrəvanda bu faktı heç nədən çəkinmədən tam tərsinə təqdim edə bilərlər”, - deyə F.Axundov qeyd edib.
Sektor müdirinin sözlərinə görə, "Saxtakarlıqları ifşa edənlər" kitabının iki cildi çapdan çıxıb, hazırda üçüncü cild üzərində iş gedir. “Hər şeyi nəzərə alaraq daha bir neçə cild yazmaq və film film çəkmək lazım gələcək. Çünki Ermənistan tərəfi saxtalaşdırma siyasətini dayandırmır”, - deyə o qeyd edib.
F.Axundov söyləyib ki, bu yaxınlarda, 28 May - Respublika Günündə Ermənistanda bu ölkənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də İrəvan meriyasının dəstəyi ilə çəkilmiş “Tarixin saxtalaşdırılması: Azərbaycan” və “Romadan qədim şəhər” adlı iki film nümayiş etdirilib. Bu filmlər prezident İlham Əliyevin hazırkı Ermənistan Respublikasının əzəli Azərbaycan torpaqlarında yaradılması barədə bəyanatlarına özünəməxsus cavab idi.
"İrəvan şəhərinin guya hələ Rəvan/İrəvan qalası tikilməzdən əvvəl mövcud olmasını sübut etmək məqsədilə erməni saxtakarları filmdə 14-15-ci əsrlərə aid pul sikkələri nümayiş etdirir və iddia edirlər ki, onlar İrəvanda hazırlanıb. Lakin biz bu faktı araşdıraraq aydınlaşdırdıq ki, Şirvanşahlar dövlətinə aid bu pulların üzərində İrəvan deyil, İran Kürdüstanında yerləşən Marivan şəhərinin adı yazılıb”,- deyə F.Axundov qeyd edib.
O söyləyib ki, bu, saxtalaşdırma nümunələrindən yalnız biridir. “Sözügedən filmlər o qədər saxta fikirlərlə doldurulub ki, onları bir konfransla əhatə etmək sadəcə mümkün deyil”,- deyə F.Axundov vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan tərəfinin bu hərəkətlərinin səbəbləri tamamilə aydındır, onlar ermənilərin məskunlaşdırıldıqları bütün ərazilərdən Azərbaycan sivilizasiyasının izlərini silməyə çalışırlar.
“İndiki Ermənistan ərazisində və Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarındakı Alban xristian məbədlərinə gəlincə, onları da erməniləşdirilmə taleyi gözləyirdi. Bunun parlaq nümunələrindən biri Qanzasar monastrı kompleksidir”, - deyə Prezident Administrasiyasının nümayəndəsi vurğulayıb.
F.Axundov söyləyib ki, hələ 20-ci əsrin əvvəlində rus və sovet alimi İ.Orbeli öz tədqiqatlarında bu kompleksin erməniləşdirilməsi faktlarını aşkar edib və həmin faktları “Qanzasar və Avoptuk yazıları” adlı kitabına daxil edib. “Biz İ.Orbelinin XX əsrin əvvəlində Qanzasara ekspedisiyası çərçivəsində “Qanzasar”da qeydə aldığı bəzi yazıları öyrənmişik. Bu yazılar onların indiki vəziyyətlərini əks etdirən fotoşəkillərlə, eləcə də 150 il ərzində müxtəlif müəlliflər tərəfindən edilmiş tərcümələrlə müqayisə olunub.
Çoxlu saxtalaşdırmaların olduğu aydın olub. İ.Orbeli öz kitabında yazıların əvvəlki tərcüməçilərinin - erməni kilsə xadimləri Barxudaryants, Şaxxatunyants və Cəlalyantsın yazıların tərcüməsində yol verdikləri səhvləri və saxtakarlıqları qeyd edib. Bu gün biz Qanzasarda üzərində yazıların olduğu qədim lövhələrin erməni saxtakarları tərəfindən dəyişdirilməsi faktlarını aşkarlamışıq”, - deyə F.Axundov qeyd edib.
O vurğulayıb ki, Qanzasarda müqəddəs İoann kilsəsinin daxilindəki əsas yazıda alban katolikoslarının tam titulları aşkarlanıb. Söhbət hayrapetuthetn nersisi aluanits katolikosi (patriarx Nerses, Albaniya katalokosu) titulundan gedir. “Ermənistan tərəfi indi alban katalikosunun patriarx mənsəbini xatırlamaq istəmir. Alban kilsəsinin rəhbərinin patriarx mənsəbi bildirir ki, alban kilsəsi müstəqildir və İsanın apostolları tərəfindən xeyir-dua verilib. Qanzasarın əsas yazısı sübut edir ki, alban katolikosları patriarx mənsəbini orta əsrlərdə saxlayıblar.
Bizim tapdığımız Rusiya arxiv materiallarına əsasən məlum olub ki, 19-cu əsrin əvvəllərinə qədər Qarabağda alban katolikosunun patriarx mənsəbi olub, bu dövrdən sonra həmin mənsəb ləğv edilib və alban məbədləri Eçmiədzin kilsəsinə verilib”,- deyə F.Axundov qeyd edib.
“Orbelinin yuxarıda qeyd etdiyim əsərinə gəlincə, onun bu kitabı işıq üzü görmədi - 1919-cu ildə buraxılmış bütün tiraj tamamilə məhv edildi. Bu araşdırmalar zamanı alban mədəniyyətinin üç əsr ərzində erməniləşdirilməsi ilə qarşılaşan Orbeli özü isə bu mövzu ilə məşğul olmaqdan əl çəkdi və tamam başqa bir sahə üzrə görkəmli alim oldu. Bu, daha bir paradoksdur. Ancaq hər halda indi İ.Orbelinin kitabının sirri açılıb”,- deyə F.Axundov qeyd edib.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət