Son illər Azərbaycanda turizm yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən turizm sahəsində tvinninq layihəsinin başa çatmasına həsr olunmuş konfransda çıxışı zamanı bəyan edib.
“2001-ci ildə Azərbaycan hökuməti ölkədə turizm sənayesinin inkişafı üzrə fəal iş prosesinə başlayıb”,- deyə nazir qeyd edib. Onun sözlərinə görə, həmin ildən 2006-cı ilə qədər turistlərin sayını 2 mln.-a çatdırmaq mümkün olub.
“Azərbaycan beynəlxalq hadisələrin və tədbirlərin mərkəzinə çevrilib ki, bu da ölkədə turizmin inkişafına müsbət təsir göstərir”,- deyə o bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda Turizm İnstitutunun açılması da bu sahənin inkişafına, xüsusən xidmətin keyfiyyətinin yüksəldilməsinə öz böyük töhfəsini verib.
“Azərbaycanın regionlarında turizm sənayesinin səviyyəsinin yüksəlməsi ölkənin imicinə müsbət təsir göstərir”, - deyə nazir əlavə edib.
“Məqsədimiz sənaye sektoru ilə sıx əməkdaşlıq etməkdir və buna görə də bizi böyük və çox zəhmət tələb edən iş gözləyir”,- deyə Ə.Qarayev qeyd edib.
O söyləyib ki, bununla əlaqədar olaraq turizm sahəsində qanunvericilik bazasına dəyişiklik edilməsi zəruri tədbir olacaq.
Nazir AB ilə turizm sahəsində əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümid etdiyini deyib və əlavə edib ki, “bizim dəstəyə ehtiyacımız var”.
Konfransda çıxış edən AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard qeyd edib ki, turizm sənayesinin inkişafı mürəkkəb, çoxillik əmək və dözüm tələb edən işdir.
“Biz şadıq ki, Azərbaycanda turizmin inkişafına öz töhfəmizi verə bilmişik, indi Azərbaycan tərəfinin praktikada daha konkret addımlar atmasını gözləyirik”, - deyə o əlavə edib.
M.Mardın sözlərinə görə, təcrübə mübadiləsi həyata keçirmək üçün yaxşı imkanlar var.
Öz növbəsində Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer-Kaybiç qeyd edib ki, Azərbaycanda çoxlu görməli yerlərə səfər edib.
Səfir, həmçinin söyləyib ki, Mədəniyyət və Turizm Nazirliyi regionlar da daxil olmaqla, ölkədə çox böyük işlər görür.
“Avstriyanın turizm sahəsində çoxillik təcrübəsi var və biz azərbaycanlı həmkarlarımıza kömək etməyə şad olarıq”, - deyə S.Mayer-Kaybiç vurğulayıb.
Onun sözlərinə görə, turizm sənayesinin inkişafında vacib amillərdən biri QHT və özəl sektorla fəal əməkdaşlıqdır.
O, Azərbaycana hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.
Tvinninq layihəsi 15 ay ərzində həyata keçirilib və bu layihədə Avstriya, Litva və Azərbaycan (benefisiar olaraq) iştirak edib.
Layihə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin struktur və fəaliyyətinin təkmilləşdirilməsini, “Turizm” haqında yeni qanun layihəsi üzərində işin başa çatdırılmasına, turizm sahəsində 15 yeni normativ-hüquqi aktın işlənib hazırlanmasına, turizm sahəsində marketinq strategiyasının, həmçinin turizm sənayesi işçilərinin ixtisasının artırılması üzrə tədbirlər planının hazırlanmasına dəstək göstərilməsini, yeni statistika sisteminin tətbiqini və s. nəzərdə tutur.
Avropa Birliyi tərəfindən maliyyələşdirilən layihənin dəyəri 900 min avro təşkil edir.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət