Ankara İraqda girov götürülmüş Türkiyə vətəndaşlarının geri qaytarılması üçün ciddi addımlar atacaq. “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, belə bəyanatla Türkdilli Ölkələrin Parlament Assambleyasının sədri, Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək Bakıda TürkPA-nın V sessiyasının açılışında çıxış edib.
“Rəsmi Ankara İraqda vəziyyətin sabitləşməsini, sülhün bərqərar olmasını istəyir və dünyanın istənilən nöqtəsində, o cümlədən İraqda olan Türkiyə vətəndaşlarının hüquqlarının təmin edilməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edəcək”, - deyə C.Çiçək bildirib.
Spiker Mosulda 49 türk diplomatn girov götürülməsi iə bağlı təəssüfləndiyini bildirib. “Diplomatlar Mosulun müxtəlif hissələrinə aparılıblar. İraqın digər hissəsində də 31 Türkiyə vətəndaşı girov götürülüb. Onların geri qaytarılması üçün lazımi tədbirlər görülür”,- deyə C.Çiçək qeyd edib.
Türkiyəli spiker türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
“Biz Bakıda özümüzü evimizdəki kimi hiss edirik. Biz Azərbaycanı Qazaxıstan və Qırğızıstandan ayırmırıq”,- deyə C.Çiçək əlavə edib.
O, öz çıxışında TürkPA çərçivəsində əməkdaşlığın inkişaf perspektivlərinə də toxunub.
R. Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət