Azərbaycanın baş nazirinin müavini Əli Həsənov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinə bənzər beynəlxalq problemlərin həllində beynəlxalq təşkilatların fəaliyyətsizliyi son nəticədə həmin təşkilatların süqutuna gətirib çıxaracaq.
“Əgər beynəlxalq təşkilatlar öhdliklərini lazımi səviyyədə icra etməsələr, o zaman onların fəaliyyətsizliyi gələcəkdə süqut etmələri ilə nəticələnəcək”, - deyə Ə.Həsənov Ombudsmanların XII Bakı Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu təşkilatlara üzv ölkələr ümidlərini tamamilə kəsərək onların tərkibindən çıxmaq məcburiyyətində qalacaqlar.
“Əgər həmin təşkilatlar üzv ölkələrin problemlərini həll etmirlərsə, onda onlar bizim nəyimizə lazımdır?”, - deyə baş nazirin müavini sual edib.
“Əfsuslar olsun ki, qadınların hüquqlarının müdafiəsinə dair qəbul edilmiş konvensiyalar bu gün icra edilmir. Nə üçün bu beynəlxalq konvensiyalara qoşulan ölkələrdə nəinki həmin konvensiyalar icra edilmir, hətta onların icrasına mane olanlara qarşı tədbirlər görülmür? Elə bizim problem kimi. 20 ildən çoxdur ki, Azərbaycan əraziləri işğal altında saxlanılır. BMT Təhlükəsizlik Şurası, AŞPA, İƏT tərəfindən qətnamələr qəbul olunub. Bir sözlə, mövcud beynəlxalq təşkilatlar bu münaqişənin nizamlanması üçün bir çox sənədlər qəbul ediblər”, - deyə Ə.Həsənov bildirib.
Onun sözlərinə görə, əgər hər bir beynəlxalq təşkilat qəbul olunan qərarların icrasını təmin edərsə, dünyada ədalətsizlik azalar.
“Azərbaycan prezidenti dünyanın bütün dövlətləri ilə əməkdaşlığı strateji istiqamət kimi müəyyən edib. Əgər bir neçə il öncə Azərbaycan BMT Təhlükəsizlik Şurasında 155 səs toplamışdısa (bu təşkilata qeyri-daimi üzv seçildiyi zaman - İF-Az), bu, ölkənin dünyanın bütün dövlətləri ilə əməkdaşlıq yolunda olması deməkdir. O zaman nə üçün bizə münasibət bu cürdür?”, - deyə o gileylənib.
“BMT, ATƏT və digər beynəlxalq təşkilatların nümayəndələri, bizə aydın şəkildə söyləyin ki, biz də, öz növbəmizdə vətəndaşlarımız qarşısında hesabat verə bilək. Niyə qətnamələr icra olunmur və torpaqlar işğaldan azad edilmir?”, - deyə baş nazirin müavini tədbir iştirakçılarına müraciət edib.
Onun sözlərinə görə, hər kəs Azərbaycanın enerji və təbii resurslarından istifadə etmək istəyir. Lakin əvəzində heç nə vermək istəmirlər. “Bizim təbii sərvətlərimizdən, coğrafi mövqeyimizdən istifadə etmək istəyirlər, əvəzində isə heç nə vermək istəmirlər”, - deyə Ə.Həsənov narazılığını bildirib.
O, həmçinin qeyd edib ki, ikili standartlara son qoyulmayana qədər bu proseslər davam edəcək. “Əks halda dünyada münaqişələr, insan hüquqlarının pozulması halları davam edəcək”, - deyə o əlavə edib.
“SSRİ mövcud olduğu dövrdə bu qədər sayda münaqişə olmayıb. Məhz SSRİ-nin süqutundan sonra onların sayı artıb. Bir sıra ölkələr demokratiya və insan hüquqlarının müdafiəsi pərdəsi arxasında digər ölkələrə öz maraqlarını zorla qəbul etdirirlər”, - deyə Ə.Həsənov sonda bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət