Ərəb dilində çap edilmiş “İlham Əliyev: Bioqrafiya davam edir” kitabı yalnız bu dil daşıyıcıları üçün deyil, həm də şərqşünaslar üçün mühüm əhəmiyyət kəsb edir. Bu barədə Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami cümə axşamı qeyd olunan kitabın Azərbaycan Dillər Universitetində təqdimatı zamanı bəyan edib.
“Dövlət başçısı haqqında kitab yazmaq çox çətin və məsuliyyətli işdir. O nöqteyi-nəzərdən mürəkkəb və məsuliyyətlidir ki, arxiv sənədləri ilə iş çox böyük zəhmət tələb edir”, - deyə diplomat vurğulayıb.
O, həmçinin Azərbaycanı Avropa Şurası Nazirlər Komitəsində sədrliyi münasibəti ilə təbrik edib və bildirib ki, ərəb dövlətlərinin səfirləri gələn həftə prezident İlham Əliyevin AŞ-də çıxışını səbirsizliklə gözləyirlər.
Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov qeyd edib ki, Azərbaycan ərəb ölkələri ilə daim əlaqə saxlayır.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət