Azərbaycan və İran arasında iqtisadi münasibətlər müsbət məcrada inkişaf edir. Bu barədə İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Müctəba Xosrovtac bəyan edib.
“Hər iki tərəf özəl sektorun inkişafında maraqlıdır. İqtisadi blokada vəziyyətinə baxmayaraq, iqtisadi əlaqələri yüksək səviyyədə saxladıqlarına görə özəl sektora minnətdarıq”,- deyə M.Xosrovtac cümə günü Bakıda mətbuat konfransında bildirib.
Nazir müavini qeyd edib ki, avqustun 4-5-də İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclası keçiriləcək.
Ölkələr arasında münasibətlərə toxunan qonaq söyləyib ki, ölkələrimizi mədəni, dini və digər dəyərlər bağlayır və münasibətlərin inkişafı üçün hər hansı maneə yoxdur.
“Ölkələrimiz arasında əməkdaşlıq potensialı mövcud əməkdaşlıq səviyyəsindən çoxdur. İranın özəl sektorunun nümayəndələri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar”,- deyə o qeyd edib.
“Biz, həmçinin yüklərin tranziti sahəsində də əməkdaşlıq edə bilərik. Rusiya, Qafqaz və Orta Asiya ölkələri öz yüklərinin İran ərazisi ilə Fars körfəzinə nəqlində maraqlıdırlar. Gələn il Tehran-Rəşt-Astara dəmir yolu istismara veriləcək. Əgər biz tikintini başa çatdıra bilsək, İranın Qafqaz ölkələri ilə dəmir yolu əlaqəsi yaranacaq”,- deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, Bakıda keçirdiyi görüşlər zamanı İran və Azərbaycan arasında hava əlaqəsinin genişləndirilməsi imkanlarını qeyd edib.
“Mən Azərbaycan tərəfinin nəzərinə çatdırdım ki, mövcud hava əlaqəsi genişləndirilə, yeni reyslər açıla bilər. İrana hər il 1 mln. azərbaycanlı gəlir. Biz vətəndaşlar üçün viza rejimini sadələşdirməli, mövcud maneələri aradan qaldırmalıyıq”, - deyə o vurğulayıb.
Nazir müavini söyləyib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti Məşhəd şəhərinə səfər edir və bununla əlaqədar olaraq İranın bu şəhərinə birbaşa reys açmaq olar.
M.Xosrovtac qeyd edib ki, gələcəkdə İran və Azərbaycan dəniz nəqliyyatı ilə sərnişin daşımaları xətti aça bilər ki, bu da Ənzəlidən Bakıya səfərləri xeyli asanlaşdıracaq.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət